Hacıqabul və İsmayıllı rayonlarında dini radikalizmə qarşı maarifləndirici seminar keçirilib

“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Dini ekstremizm və radikalizmlə mübarizə məqsədilə təlimlərin təşkili” adlı layihə çərçivəsində Hacıqabul və İsmayıllı rayonlarında seminar keçirilib.

50 nəfərdən çox Hacıqabul sakininin iştirak etdiyi seminar  oktyab ayının 26-da Heydər Əliyev Mərkəzində baş tutub. Hacıqabul rayon İcra Hakimiyyətinin İctimai-siyasi əlaqələr şöbəsinin müdir müavini Elvin Şıxəliyevin də iştirak etdiyi tədbir 2 saatadək davam edib, tədbirdə dini radikalizm və ekstremizm barədə iştirakçılara geniş məlumat verilib.

Oktyabr ayının 27-də İsmayıllı rayon Mərkəzi Uşaq Kitabxanasının Konfrans zalında keçirilən seminarda  isə İsmayıllı rayon İcra Hakimiyyətinin müavini Sevil xanım Əhmədova və İcra hakimiyyətinin İctimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Nəsimi Teymurov, İsmayıllı sakinləri, yerli mətbuat və icimaiyyət nümayəndələri, din xadimlərindən ibarət 60-a yaxın insan iştirak edib.

Hər iki tədbirdə ekspert və təlimçi kimi iştirak edən Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədov iştirakçılara dini tolerantlıq, antiterror və ekstremizm barədə məlumat verərək, birldirdi ki, tədbirin əsas məqsədi Azərbayca­nın Tolerantlıq Modelinin gənclər arasında təbligi, radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması istiqamətində gən­­­­­clərin məlu­matlan­dırıl­masıdır.

İnteraktiv müzakirələrlə keçən tədbirlərin sonunda bütün iştirakçılara sertifikatlar paylanılıb və tədbirlər çay süfrəsində davam etdirilib. Beləliklə də, layihə çərçivəsində nəzərdə tutulan seminarlara yekun vurulub.

Layihə Ceyhun Abbasovun rəhbərliyi ilə həyata keçirilib.

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır