Dövlət Komitəsində Almaniya nümayəndə heyəti ilə görüş keçirilib

Almaniya Bundestaqının Xristian Demokratlar İttifaqı Fraksiyasının, eləcə də İqtisadiyyat və Energetika Komitəsinin üzvü Mark Hauptman, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Haiser və  Almaniyanın nüfuzlu iş adamlarının daxil olduğu nümayəndə heyəti ilə Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilib.

Qonaqları salamlayan Dövlət Komitəsinin sədri ölkələrimiz arasında əlaqələrdən danışaraq Azərbaycan diasporu və diaspor hərəkatının yeni istiqamətləri barədə məlumat verib,  Prezident İlham Əliyevin Azərbaycan diasporunun inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib. Dövlət Komitəsinin sədri son dövrlərdə Avropa ölkələrinə reallaşan səfərləri barədə məlumat verib, Avropada yaranan Koordinasiya Şuralarının məqsəd və məramı barədə danışıb. Almaniyada məskunlaşan və eyni zamanda, təhsil alan azərbaycanlılar, onların yaşadıqları cəmiyyətə inteqrasiyası, dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı, ortaq layihələr, Azərbaycan-Almaniya forumu, diaspor şəbəkəsinin yaranması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Səmimi görüş üçün təşəkkür edən qonaqlar Azərbaycana investisiya qoyulması ilə bağlı planlarından danışıb və ölkəmizdə investisiya üçün əlverişli mühit olduğunu qeyd ediblər. Onlar peşə təhsili sahəsində layihələrə xüsusi diqqət etdiklərini və iqtisadi layihələrin gerçəkləşdirilməsində Almaniyada yaşayan 300 min azərbaycanlının bilik və bacarığından, potensialından istifadə etməyin vacibliyini nəzərə çatdırıblar.

Görüş zamanı, Dövlət Komitəsinin sədri diaspor fəaliyyətinin genişləndirilməsi üçün medianın imkanlarından daha geniş istifadə edildiyini qeyd edib, Diaspor TV, yaxın vaxtlarda işə başlayacaq Diaspor FM barədə məlumat verib və bildirib ki, əsas məqsədlərdən biri dünya azərbaycanlılarını vahid Koordinasiya Mərkəzində birləşdirməkdir. Görüşdən sonra, Almaniyalı qonaq Mark Hauptman Diaspor TV-yə müsahibə verib.  MediaZona.Az

 

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır