Pirallahıda Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü qeyd olundu

Bu gün Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı və  Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin birgə təşkilatçılığı ilə “25 Noyabr – Ümumdünya Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü”nə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Qızıl Aypara Cəmiyyəti Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova tədbirin vacibliyini vurğulayaraq bildirib ki, müasir dövrümüzdə qlobal xarakter daşıyan bu problemin qabardılması hələ 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının 25 noyabr tarixini Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə günü kimi elan etməsi ilə başlanmışdır. Bu günün əhəmiyyəti dünya ictimaiyyətinin diqqətini Qadın Zorakılığına qarşı yönəltmək, beynəlxalq, hökumət və qeyri-hökumət təşkilatlarının diqqətini mövzuya artırmaqdan ibarətdir.

Azərbaycan QAC-ın “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova bildirdi ki, bütün dünyada olduğu kimi ölkəmizdə də qadın zorakılığına qarşı mübarizə daim diqqət və nəzarət altındadır. Mövzuya dair müxtəlif tədbirlər keçirilir, layihələr tətbiq olunur ki, belə tədbirlərdən biri də Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində baş tutur. Tədbirin keçirilməsində əsas məqsəd KİV vasitəsi ilə ictimaiyyəti bu problemin miqyasına, nəticələrinə yönəltmək, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması naminə əhaliyə düzgün istiqamətlənmiş məlumatların təqdimatını təmin etməkdir.

Qadın zorakılığı cəmiyyətdə və ya ailədə qadınlara fiziki, psixi, emosional, iqtisadi və cinsi təcavüzkarlığı nəzərdə tutur. Statistikaya görə, qadınların 60%-i öz ailələri tərəfindən zorakılığa məruz qalır, onların sağlamlıqlarına xələl yetirilir, əksər hallarda isə zorakılığın baş verməsi faktı gizli saxlanılır. Belə hallar qadınların maarifləndirilməsinin lazımı səviyyədə aparılmasının vacibliyindən xəbər verir. Tədbirdə KİV nümayəndələrinə qadına qarşı zorakılığın sosial aspektləri, səbəbləri, zorakılığa məruz qalmış qadınların sağlamlıqlarının qorunmasında tibb işçilərinin rolu, qadına qarşı zorakılığın hüquqi tərəfləri və İSİM-in apardığı sorğunun nəticələri haqqında geniş məlumat verilib.

Qadına qarşı zorakılığın qarşısının alınmasında, ictimai rəyin formalaşdırılmasında KİV-in rolu və vəzifələri xüsusi vurğulanıb.

Sonda tədbir iştirakçılarına qadın zorakılığına qarşı mübarizə ilə əlaqədar hazırlanmış video çarxlar nümayiş etdirilib, Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən bukletlər paylanılıb.MediaZona.Az

 

 

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir