Dövlət Komitəsində Karabağlar bələdiyyəsi ilə əməkdaşlıq müzakirə olunub

İzmirin Karabağlar bələdiyyəsinin sədri Mühittin Selvitoplunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində Fəxri Xiyabanda ümummilli liderin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidləri məzarlığını ziyarət edən nümayəndə heyəti daha sonra Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində olublar.  

Görüşdə iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin dövlət başçıları İlham Əliyevin və Rəcəb Tayyip Ərdoğanın rəhbərliyi altında daha da inkişaf etdiyi və möhkəmləndiyi vurğulanıb. Bildirilib ki, bu əlaqələr qondarma erməni soyqırımı və Azərbaycan torpaqlarının işğalı ilə bağlı beynəlxalq ictimaiyyətdə obyektiv fikrin formalaşdırılması üçün diasporlarımızın birgə fəaliyyəti ilə daha da möhkəmləndirilməlidir. Bu məsələnin yaxın vaxtlarda İstanbulda keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor sahəsinə cavabdeh qurumlarının rəhbələrinin görüşündə ətraflı müzakirə olunacağı və növbəti iki il üçün fəaliyyət planının hazırlanacağı qeyd olunub.

Həmçinin bildirilib ki, İzmirin Karabağlaq bələdiyyəsi də ölkəmizlə bağlı həqiqətlərin yerli ictimaiyyətə çatdırılması üçün həyata keçirdiyi bir çox layihələrlə əlaqələrimizin inkişafına öz töhfəsini verir.  

Karabağlar bələdiyyəsinin sədri Mühittin Selvitoplu isə, öz növbəsində,  Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə çatdırlıması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, İzmirdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə sıx əməkdaşlıq qurulub, onlara maddi və mənəvi dəstək göstərilir.  Məhz bu əməkdaşlığın nəticəsi olaraq 2017-ci ildə bələdiyyənin inzibati ərazisində “Azərbaycan Qarabağ Xocalı parkı” acılıb və Xocalı qurbanlarının xatirəsinə abidə ucaldılıb. Bələdiyyə sədri Azərbaycan diaspor təşkilatları, Dövlət Komitəsi, eləcə də Azərbaycanın digər qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Daha sonra Türkiyədə Karabağlar bələdiyyəsi ilə əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi imkanları geniş müzakirə olunub.

Görüşün sonunda xatirə hədiyyələri təqdim edilib.

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır