Lütfi Zadənin cənazəsi Azərbaycana gətiriləcək

Bu gün səhər saatlarında Amerikada dünyasını dəyişən dünya şöhrətli alim Lütfi Zadənin cənazəsi Azərbaycana gətiriləcək.

Bu barədə AzVision.az-a Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova bildirib.

Onun sözlərinə görə, sənədləşmə işləri təxminən 1 həftə çəkəcək: “Lütfi Zadənin cənazəsini 10 gündən sonra Azərbaycana gətirəcəyik. Son nəfəsinə qədər Lütfi Zadənin yanında olmuşam. Oğlu Norman atası dünyasını dəyişəndə onun yanında deyildi.

Lütfi Zadə son nəfəsində məndən xahiş etdi ki, onun işlərinə həsr olunmuş Soft Computing üzrə Ümümdünya konfransını iki ildən bir təşkil edim. Sonra dedi ki, mənim bir layihəmi bitir və məqalə şəkilində dərc etdir. Bundan başqa elmi məqalələrinin Azərbaycanda tətbiq olunması ilə bağlı işlər görməyimi tapşırdı. Mən də ona söz verdim. Xahiş etdi ki, onu müsəlman qaydası ilə dəfn edək.

Beşinci gün Berkli Universitetində Lütfi Zadənin xatirəsi yad ediləcək. Yas və dəfn mərasimi isə doğma vətənində keçiriləcək”.

Qeyd edək ki, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakı şəhərində Rəhim Ələsgərzadənin ailəsində dünyaya gəlib.

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır