Siyasi ekspert “Guardian”ın hiyləsini açdı

“Yazıda adı keçən Luka Volontenin hədəfə alınması məsələnin mahiyyətinin nədən ibarət olduğunu bir daha ortaya çıxarır”

Bu günlərdə Britaniyanın “Guardian” dərgisində Azərbaycana qarşı həmmüəllifi erməni əsilli jurnalist olan, yenə də həmmüəllifi erməni olan bir “araşdırmaçı”nın iddiaları əsasında yazı dərc olunub.

Yazılanların uydurma olması haqda artıq ölkə rəsmiləri mövqe bildirib. Yazının Azərbaycana və onun rəhbərliyinə böhtan olduğu bildirilib.

Siyasi ekspert Yeganə Hacıyeva sözügedən məqaləni beynəlxalq münasibətlər prizmasından şərh edib və yazının hədəflədiyi uzunmüddətli məqsəd və məramı haqqında fikirlərini musavat.com-a açıqlayıb. Yeganə Hacıyevanın sözlərinə görə, beynəlxalq münasibətlərdə kiçik də olsa təcrübəyə malik hər kəsə aydındır ki, bu yazı bir lobbi qrupunun öz maraqlarını həyata keçirmək üçün beynəlxalq media vasitəsilə artıq güclənməkdə və söz sahibi olan rəqib lobbi qrupunu vurmaq məqsədi daşıyır: “Belə ki, məqalə həm də özlüyündə Azərbaycan Lobbi Qrupunu və bu qrupla əməkdaşlıqda olan nüfuzlu avropalı siyasiləri ləkələmək məqsədi güdür. Beynəlxalq təşkilatlarda fəaliyyət təcrübəsi olan, indi və ya zamanında yüksək postlar tutmuş şəxslərin adlarının çəkilməsi, onları əsası olmadan bu və ya digər iqtisadi maxinasiyalarda günahlandırmaq, bu şəxslərin ölkəmizdə xoş məramlı dostluq münasibətləri əsasında qurulmuş mövcud və gələcək əməkdaşlığını pozmaq məqsədi güdülür”.

Yazıda ekspertin diqqətini çəkən ikinci bir məqam isə günümüzdə media qruplarının nüfuzlarından istifadə edən lobbi qruplarının beynəlxalq təşkilatlarda siyasətlərini həyata keçirməsinə mane olan şəxslərin cəzalandırılmasına çalışılmasıdır: “Belə ki, yazıda adı keçən Luka Volonte təmsil olunduğu çoxsaylı beynəlxalq təşkilatlarda Cənubi Qafqaz regionu üzrə siyasi və iqtisadi maraqlar üzrə məlumatlı şəxsdir. Volonte təmsil etdiyi AŞ PA-nın məqsəd və məramlarına uyğun olaraq Avropa Şurasına üzv ölkələr arasında qarşılıqlı iqtisadi inteqrasiyaya çalışan, Avropa Şurası daxili iqtisadi dairələrdə söz sahibi və ən əsası isə AŞ PA-ya həmsədrliyi dövründə dövlətləri sərhədlərinin toxunulmazlığı ideyasının aktiv dəstəkçisi olmuş siyasətçidir. Məhz Avropa Şurası Parlament Assambleyası çərçivəsində Gürcüstanı işğal olunmuş Abxaziya bölgəsi üzrə sərgilədiyi prinsipal mövqeyə görə 2013-cü ilin fevral ayında Gürcüstanın ali ordeni olan ”Gürcüstan Respublikasına Xidmətinə gərə” Ordeninə layiq görülüb. Luka Volonte eyni mövqeni həmçinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və Ukraynanın işğal altındakı torpaqlarına münasibətdə də dəfələrlə sərgiləyib. Belə bir şəxsin də hədəfə alınması məsələnin mahiyyətinin nədən ibarət olduğunu bir daha ortaya çıxarır”.

Etibar SEYİDAĞA
Musavat.com

  • Oxşar xəbərlər

    Azərin Türkiyədə əməliyyat olundu

    Xalq artisti Azərin Türkiyədə əməliyyat edilib. Bu barədə o, instaqram səhifəsində paylaşım edib. “Həyat bir imtahandır və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin…

    Abbas Əraqçi Bakıya GƏLDİ

    İranın xarici işlər naziri Abbas Əraqçinin Azərbaycana səfəri başlayıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda diplomatı Azərbaycan Respublikasının İrandakı səfiri Əli Əlizadə və İranın Bakıdakı səfirliyinin əməkdaşları qarşılayıblar. DİQQƏT! Şikayət və təklifləriniz,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır