Prezident İlham Əliyev: “Ermənistanı daha da sarsıdacağıq”

“Bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq”.

Bunu avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibəsi, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, Ermənistanın işğalçı siyasəti iflasa uğrayıb: “Yeni hökumət indi yalnız daxili işlərlə məşğuldur. Ziddiyətli bəyanatlar ancaq təəccüb doğurur. Çünki bir-birini təkzib edən bəyanatlar başadüşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, qondarma Dağlıq Qarabağ rejimi ilə danışıqlar aparmalıdır. Lakin bunu Azərbaycan və vasitəçilər qəbul etməyəcək”.

Azərbaycan Prezidenti qeyd edib ki, yayılan bəyanatlar sülh prosesinə vurulan növbəti zərbələrdir: “Bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki onlar işğalçı siyasəti davam etdirmək fikrindədirlər. Hələlik belə qənaətə gələ bilərik. Biz də sülh istəyirik. Ancaq torpaqlarımız işğaldan azad edilənə qədər bu mümkün olmayacaq. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan qeyri-şərtsiz çıxmalıdır. Azərbaycan əsgərləri öz torpaqlarında şəhid və əlil olurlar, erməni torpağında deyil. Erməni əsgərlərinin isə bizim torpaqlarda heç biri işi olmamalıdır. İşğalçı işğal etdiyi torpaqlardan dərhal çıxmalıdır. Onda Azərbaycanla Ermənistan arasında əlaqə yarana və dayanıqlı sülh yarana bilər. Münaqişənin tezliklə və mərhələli yolla həlli torpaqlarımızın azad olunmasından asılıdır. Biz və beynəlxalq aləm bunu tələb edir. Biz öz siyasətimizdən əl çəkməyəcəyik. Ermənistan rəhbərliyi bundan sonra da işğalın uzadılmasını davam etdirəcəksə, biz də təcrid siyasətimizi davam etdirib, bütün vasitələrdən istifadə edib Ermənistanı daha sarsıdacağıq. Onları çökdürən və uçuruma aparan zəbrə iki il bundan əvvəl aprel döyüşlərində oldu”.MediaZona.Az
  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır