Rəqqasə Fatimə: “Nəslimdə kişi var. Məhkəmədə cavab verəcəksiniz”- VİDEO

Müğənni Xatun Əliyevanın Fatimə Fətəliyeva barədə yazdığı statusa haqq qazandıran Nazilə Səfərliyə rəqqasə “Hər şey daxil”in canlı efiri vasitəsi ilə cavab verib.

Milli.Az xəbər verir ki, Fatimə İnstaqram-da barəsində təhqiramiz şərhlər yazdığı iddia edilən Naziləyə məhkəmədə cavab verəcəyini deyib:

“Mənim salonuma gəlib, getmisiniz. Salonumdan istifadə edəndən sonra, başlamısan məni pisləməyə? Özüdə harada, İnstaqram səhifəsində. Ora mənə salam verir, İnstaqram-da pisləyir. Xınaya görə biz onunla pis olmamışıq. Yaxşı, yazırsınızsa, niyə pozursunuz? Deyib ki, mənim nəslimdə kişi yoxdur. Mənim nəslimdə kişi var. Məhkəmədə o sözlərə görə cavab verəcəksiniz”.

Xatırladaq ki, Xatun Fatiməni həyat yoldaşına bağ evində xəyanətdə ittiham edib. Rəqqasə bu iddialara görə qarşı tərəfi məhkəmə ilə hədələyib.

Qeyd edək ki, Xatun İnstaqram-da Fatimənin ünvanına “Bu fotonu gördüm bir müğənnimi, rəqqasəmi, düşükmü, afiristmi, ev yıxanmı deyim, o düşdü yadıma. Bu fotonun eynisi var məndə… Çıxıb efirə utanmaz-utanmaz yalan danışır, ağıl verir, akademiklik edir. Deyir, mənim dodaqlarım anadangəlmədir, silikonum yoxdur. Son xəbərdarlıq: sən bir də orda-burda məndən danışasan, mənə şərlər atasan, müğənnilərə məndən yalan-yalan sözlər deyəsən, aramı vurasan, səni rüsvay etməsəm mənə Xatun deməsinlər. İki dəfə xəbərdarlıq etmişəm yanındakılara. Bu da üçüncü. Get yalan, bədbəxt həyatını yaşa. Əl çək məndən. Yalan deyən rəqqasədir… Xəyanət, yalançı, dilin yanacaq. Sağ göstərib, sol vuraram” sözlərini yazıb.

Nazilə Səfərli Xatunun paylaşımına “Eynisini tapmısan ey. Onun şəklinə baxdım, səndəkinin eynisidir. Bəlkə qardaş bacıdılar?” şərhini yazıb.
Xəyanətdə ittiham edilən rəqqasə Fatimə ÖZÜNDƏN ÇIXDI

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır