Kılıcdaroğlu Ərdoğana 20 min dollar təzminat ödəyəcək

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, millət vəkili Kamal Kılıcdaroğlu Prezident Rəcəb Tayyib Ərdoğana 95 min türk lirəsi (20 min dollar) təzminat ödəyəcək.

Bunu R.T.Ərdoğanın vəkili Hüseyn Aydın bildirib.

Məlumata görə, K.Kılıcdaroğlu çıxışlarından birində Türkiyə prezidenti və yaxınlarını xarici ölkələrə pul köçürməkdə günahlandırıb.

R.T.Ərdoğan CHP liderinin iddiası ilə bağlı məhkəməyə müraciət edib. Məhkəmə bu iddia və “Man adası” işləri ilə bağlı K.Kılıcdaroğlunun Türkiyə prezidentinə 197 min türk lirəsi məbləğində təzminat ödəməsi haqqında qərar qəbul etmişdi.

Bundan başqa, K.Kılıcdaroğlu partiyasının 35-ci qurultayında və parlamentdəki fraksiyasının toplantısında R.T.Ərdoğanı sərt sözlərlə təhqir etdiyi üçün məhkəməyə verilmişdi. Məhkəmə bu işlə bağlı K.Kılıcdaroğlunun R.T. Ərdoğana 25 min türk lirəsi məbləğində təzminat ödənilməsi barədə hökm çıxarmışdı.
  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır