Fazil Mustafa: “Gəncəlilər dövlətin yanında, bu təxribatlara cəhd edənlərin isə, qarşısında olacaq”

“Gəncəlilər bu məqamda dövlətin yanında olacaq”.

Bu sözləri musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafa Gəncə şəhərində baş vermiş fövqəladə vəziyyəti şərh edərkən bildirib. Müsahibimiz hesab edir ki, bu məsələdə gözlənilən prosesin davamından söhbət gedir: “İcra başçısına qarşı planlaşdırılmış terror aksiyasından sonra bu hərəkətlərin davam etməsi gözlənilən idi. Ciddi vəziyyətdir. Dövlət orqanları bu məsələdə funksiyalarını lazımi səviyyədə yerinə yetirməlidir. Azərbaycanı xaosa çevirmək istəyən qüvvələrin uğur qazanmasına imkan vermək olmaz”.

Millət vəkili hesab edir ki, bu olayla bağlı Gəncədə təhlükəsizlik rejimi daha da ciddiləşdiriləcək: “İnanıram ki, müəyyən kriminal elementlərin Gəncəni sınaq poliqonuna çevirməsinə imkan verilməyəcək. Gəncə müstəqil dövlətimizin ilk paytaxtıdır. Bu şəhərdə dövlətin müstəqilliyinə zərər verməyə cəhd göstərilən olayların baş verməsi üzücüdür. Gəncəlilər dövlətin yanında, bu təxribatlara cəhd edənlərin qarşısında olacaq”.

Musavat.com xatırladır ki, bu gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini şüarlar qıçqıran bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər.

DİN-dən daxil olan məlumata görə, xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla, 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

İğtişaşlarda iki yüksək rütbəli polis zabiti həlak olub. Bunlar Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasovdur.

Bu proseslərdə, Gəncə polislərinin qətiyyətini və asayişi canları bahasına qoruduqlarını xüsusu qeyd etmək lazımdır.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir