Əli Həsənovdan nəvəsinin maşınla vurduğu ailəyə hədiyyələr: Maşın, ev, iş …

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov nəvəsinin törətdiyi avtomobil qəzasında dünyasını dəyişən şəxsin ailəsini təminat altına alıb.

Musavat.com-un əldə etdiyi məlumata görə, qəza zamanı Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə birlikdə avtomobildə olan və dünyasının dəyişən Mehdi Əliyevin ailəsinə Əli Həsənov tərəfindən maddi yardım göstərilib.

Əli Həsənov mərhum Mehdi Əliyevin ailəsinə ev və maşın verib. Baş nazirin müavininin maddi təminatı bununla da bitməyib. Əldə etdiyimiz məlumata görə, Əli Həsənov mərhum Mehdi Əliyevin xanımını işlə təmin edib, onun 3 yaşlı övladını da 18 yaşına çatanadək himayəyə götürüb.

Məsələ ilə bağlı mərhumun anası Nazilə Əliyeva ilə əlaqə saxaldıq. Nazilə Əliyeva bu mövzu ilə bağlı suallarımızı cavablandırmaq istəmədiyi bildirdi.

 

7fe78ba9-49a4-4013-aa60-2a8f81f7adae.jpg (16 KB)

Nazilə Əliyeva

 

“Yəqin ki, məni başa düşərsiniz. Mən bir daha bu mövzuya qayıtmaq istəmirəm”,- deyə N.Əliyeva bu mövzuda danışmaq istəmədiyini qeyd etdi.

Bildirək ki, bu il avqustun 3-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində “Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.

Qəzanı tördən şəxsin əvvəlcə Mehdi Əliyev olduğu və onun dünyasının dəyişdiyi bildirilirdi. Amma sonra aparılan araşdırmalar zamanı məlum oldu ki, sükan arxasında Əli Həsənovun nəvəsi olub. Mehdi Əliyev sürücü olsa da həmin vaxt maşını idarə etmirmiş.

Rəsmi məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Qəzanın baş verdiyi ərazidə olan müşahidə kameralarının görüntülərinə baxış zamanı sükan arxasında 1994-cü il təvəllüdlü Nail Allahverdiyevin olması təsdiqini tapıb. Daha sonra onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

 

57af1031-b6e2-4e97-8c5e-435007b0fd3f.jpg (68 KB)

Mehdi Əliyev

 

Araşdırmalar zamanı məlum olmuşdu ki, həmin vaxt Nail Allahverdiyev “Mazda” markalı avtomobillə ötüşürmüş. Həmin maşının sürücüsü 1995-ci il təvəllüdlü Mirməhəmməd İsmayılov barəsində isə inzibati həbs qərarı verilib.

Qəza zamanı dünyasını dəyişənlərdən biri isə piyada Vaqif Əsədov olmuşdu. O, yol kənarında olarkən Nail Allahverdiyevin idarə etdiyi maşının altında qalaraq dünyasının dəyişmişdi. Mərhum Vaqif Əsədovun kiçik oğlu mətbuata açıqlamasında qəzaya səbəb olanların cəzalandırılamsını istəmişdi. Onun digər övladları isə bunun əksi olaraq “nə düşübsünüz Nailin üstünə?” deyə mətbuat nümayəndələrini qınamışdılar. Onlar bu mövzu haqda danışmaq istəmədiklərini və media nümayəndələrindən onları narahat etməmələrini istəmişdilər.

 

f47b8507-da0c-4c32-9641-192adc9e545d.jpg (37 KB)

 

Qəza zamanı yaralanan iki nəfər isə Türkiyə vətəndaşları idi. Ər-arvad olan şəxslər müalicə üçün Türkiyəyə yola salınıb. Onlar Türkiyənin keçmiş prezidenti Abdullah Gülün qohumlarıdır.

 

Qeyd edək ki, Nail Allahverdiyev hazırda 1 saylı Bakı İstintaq Təcridxanasına saxlanılır.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir