Merkel: “Türkiyənin suriyalı qaçqınlar üçün etdikləri təqdirə layiqdir”

Türkiyənin tənqid ediləcək tərəfləri var, lakin buna rəğmən suriyalı qaçqınlarla bağlı gördükləri işlər böyük təqdirə layiqdir.

Bu barədə Almaniya kansleri Angela Merkel bu gün Bundestaqdakı (Almaniya parlamenti) büdcə müzakirələri ilə bağlı çıxışında deyib.

Merkel bu günlərdə Avropa İttifaqı Şurası sammiti çərçivəsində üzv ölkələrin miqrantların qəbulu ilə bağlı aparılan çətin danışıqlarına, həmçinin qaçqınların saxlanılması üçün Türkiyəyə əlavə 3 milyard avro yardım edilməsinə dair əldə olunan razılığa toxunub. “Nəticədə, əslində Türkiyəyə deyil, Türkiyənin qəbul etdiyi 3 milyon 900 min qaçqına sərf olunacaq ikinci 3 milyard avroluq maliyyə yardımı məsələsinə dair söhbət etdik. Və bu ikinci yardım paketini də qəbul etdik. Türkiyə tənqid oluna bilər, amma Türkiyənin suriyalı qaçqınlar üçün etdikləri çox böyük bir fayda və təqdirə layiqdir”, – deyə Merkel bildirib.

Həmçinin əlavə edib ki, Almaniyanın və bütün Avropanın gələcəyi üçün miqrant məsələsi beynəlxalq hüquqa uyğun olaraq, həmrəylik şəraitində və real planlarla həll edilməlidir. Merkel onu da vurğulayıb ki, Avropa İttifaqı ölkələrinin xarici sərhədlərinin qorunması olduqca vacibdir və bu məsələ ilə əlaqədar Avstriya, Yunanıstan və İtaliya ilə danışıqlar aparılır.

  • Oxşar xəbərlər

    Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

    8-12 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi…

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir