Marşrutlar pulsuzdur – bəs aparat niyə söndürülmür?

Sosial məsuliyyətini deyil, yalnız qazanc əldə etmək maraqlarını güdən sürücü, hüquqi və fiziki şəxslər barəsində ciddi tədbir görüləcək.

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev yaranmış vəziyyətlə əlaqədar bütün marşrutların pulsuz xidmət göstərməsinə baxmayaraq, bəzi sürücülərin ödəniş qəbul etməsinə münasibət bildirərkən deyib.

M.Ağayev bildirib ki, əvvəlcədən məlumat verildiyi kimi, 03 iyul saat 19 radələrindən etibarən Bakı şəhərində bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyət göstərir:

“Bununla əlaqədar, daşıyıcılara müəyyən göstərişlər verilib. Həmçinin, qəti şəkildə daşıyıcılara tapşırılıb ki, xüsusi rejim davam etdiyi müddətdə sərnişindaşıma ödənişsiz həyata keçirilsin. Bildiririk ki, bu və xüsusi rejimlə bağlı digər tapşırıqları yerinə yetirməyən, sosial məsuliyyətini deyil, yalnız qazanc əldə etmək maraqlarını güdən hüquqi və fiziki şəxslər barəsində ciddi tədbir görüləcək”.

M.Ağayev pulsuz elan olunduqdan sonra marşrut avtobuslarında gedişhaqqı qəbul edən xüsusi aparatların niyə hələ də söndürülmədiyinə və gedişin pulsuz olmasından xəbərsiz olan bir çoxlarının ödəniş etdiyinə aydınlıq gətirməyib. Bildirib ki, bu mövzuda bağlı sosial şəbəkələrdən və KİV-dən daxil olan bütün müraciətlər qeydə alınır və vəziyyət normallaşdıqdan sonra zəruri tədbirlərin görülməsi təmin ediləcək.
  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır