Xaricdə təhsil alanlarla bağlı yeni xəbər

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən yeni nostrifikasiya qaydaları hazırlanıb. Hazırda qaydalar yekun müzakirə mərhələsindədir və yaxın müddətdə təsdiq olunması üçün hökumətə təqdim olunacaq.

Bunu APA-ya Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev deyib.

İdarə rəisi qeyd edib ki, yeni qaydalara əsasən, dünya üzrə 500 ali təhsil müəssisənin siyahısı dərc olunacaq. S.Vəliyev qeyd edib ki, dünya reytinqli həmin təhsil müəssisələrinin məzunlarının diplomları avtomatik olaraq Azərbaycanda tanınacaq: “Həmin siyahıda nəzərdə tutulmayan digər təhsil müəssisələrini bitirən məzunların diplomları isə Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanlar əsasında bilik və bacarıqlarını təsdiq etdirdikdən sonra nostrifikasiya ediləcək. Proses olaraq məqsədimiz, ana xəttimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha nüfuzlu və reytinqli ali təhsil müəssisəsində təhsil alsın.

Siyahıya daxil olan 500 təhsil müəssisəsindən kənar təhsil müəssisələrində verilən diplomları inkar etmirik. Sadəcə olaraq, yeni qaydalara görə, digər ali məktəblərdə təhsil alan məzunların diplomları yalnız ayda 2 dəfə keçirilməsi nəzərdə tutulan xüsusi imtahanlarda iştirak etdikdən və minimal biliklərini təsdiq etdirdikdən sonra tanınacaq. Bu imtahanlardan sonra artıq müsahibələr keçirilməyəcək. Bu imtahanlar yetərli olacaq ki, şəxs öz biliyini imtahanlara əsasən təsdiq etdirərək diplomunu təsdiq etdirsin”.

 

  • Oxşar xəbərlər

    Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edir

    Bu gün Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar səffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub. Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi,…

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrail və Qətər arasında münasibətlərin normallaşdırılması məqsədilə iki ölkənin nümayəndələri arasında Nyu-Yorkda gizli görüş keçirəcək. “Axios” iki mənbəyə istinadən məlumatı təsdiqləyib. Məlumata görə, görüşdə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    • Dekabr 8, 2025
    İsrail bu ölkə ilə gizli görüşlər keçirib

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir