Azərbaycanda məmur oğlunu qanına qəltan etdilər – QƏTL

Ağdaş rayonunda qətl hadisəsi törədilib.APA xəbər verir ki, hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü Savxanov Cabir Möylan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava…

“Maqa” həbs olunmayıb, avqustun 17-si toyudu — Şok iddia

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevlə ötüşən “Mazda” markalı avtomobilin sürücüsü Mirməhəmməd İsmayılov həbs edilməyib.

 

Aktor.Az xəbər verir ki, bunu “facebook” sosial şəbəkəsinin istifadəçisi Diana Talışinskaya yazıb. Onun sözlərinə görə, 1 ay inzibati həbs edildiyi deyilən “Mazda”nın sürücüsü “Maqa” ləqəbli Mirməhəmməd İsmayılov toya hazırlaşır:

 

“Avqust ayının 12-si qız, 17-si isə oğlan toyudu. Onun yerinə cangüdəninə 30 sutka həbs veriblər. Oğlanın da adı Orxandır. Atası, qardaşı polis olanda belə olur. Belə şeyləri “Kurtlar vadisi” kimi seriallarda görmüşdük”.

 

Mirməhəmməd İsmayılov Bakı şəhəri, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yo

Bakıda çimərlikdə qanlı hadisə: qadını budundan bıçaqladılar

Bakıda çimərlikdə qadın bıçaqlanıb.
Hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, Hövsan qəsəbəsində çimərlik ərazisində 36 yaşlı Gülnarə Vanyagina naməlum şəraitdə sol bud nahiyəsinə bıçaqla xəsarətlər yetirilib. O, xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Hazırda vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Hadisə ilə bağlı Suraxanı rayon polis idarəsinin 30-cu polis bölməsində araşdırma aparılır.

Qazaxıstanlı iş adamı Bakıda öldü

Qazaxıstanlı iş adamı Bakıda qəflətən ölüb.
“Bakı Taxıl Terminalı” MMC-nin idarə heyətinin sədr müavini Rafi Kubeysinov Yasamal rayonu ərazisindəki evində hamam otağında qəfil dünyasını dəyişib. Onun yüksək təzyiqdən öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır./APA

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Aktor.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti…

Sumqayıtda qadın zorlanarkən öldürüldü

Sumqayıt şəhərində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub.
Report-un məlumatına görə, 1988-ci il təvəllüdlü Fəttah Nuriyev 1982-ci il təvəllüdlü Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub. Zorlama zamanı S.Bayramova qışqırıb.
Onun səsinin başqaları tərəfindən eşidilməməsi üçün F.Nuriyev qadının ağız və burnunu əli ilə tutub.
Bu zaman qadın boğularaq ölüb. S.Bayramovanın meyitini orada qoyub qaçan F.Nuriyevi polislər saxlayıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

4 gün iş olmayacaq – QƏRAR

Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri məlum olub.

 

Nazirlər Kabinetinin qərarına əsasən, bu il Qurban bayramı 1, 2 sentyabr tarixlərində qeyd olunacaq.

 

Qurban bayramında 2 sentyabr şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 4 sentyabr qeyri-iş günü olacaq.

 

Beləliklə, 3 sentyabr da bazar gününə təsadüfi etdiyi üçün Qurban bayramında 4 gün ardıcıl qeyri-iş günü olacaq.

Azərbaycanda ərzaq məhsullarının bahalaşma faizi açıqlandı

Bu ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 14%, o cümlədən ərzaq məhsullarının qiymətləri 18,2%, qeyri-ərzaq məhsullarının qiymətləri 12,6%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 9,6% artıb.
Aktor.Az xəbər verir ki, bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, 2017-ci ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,1%, o cümlədən qeyri-ərzaq mallarıi 1,6%, əhaliyə göstərilən ödənişli xidmətlər 0,4% bahalaşıb, ərzaq məhsulları isə 1% ucuzlaşıb.
Ay ərzində unun, qarabaşaq və manna yarmasının, makaron məmulat

Qızıl və gümüş medal alan şagirdlərin sayı açıqlandı

Təhsil naziri Mikayıl Cabbarov ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb.
Təhsil Nazirliyindən verilən xəbərə görə, əmrə əsasən, XI siniflərin 154 nəfər məzunu qızıl medalla, 31 nəfər məzunu isə gümüş medalla təltif edilib.
Qızıl və gümüş medala layiq görülmüş təhsil alanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq. Medala layıq görülən məzunların siyahısı Təhsil Nazirliyinin saytında yerləşdirilib.

akıda gecə klubunda ərəbin 2 minini oğurladılar

Bakıda İraq vətəndaşı qarət edilib.



APA-nın məlumatına görə, hadisə Xətai rayonu ərazisində yerləşən gecə klublarından birində qeydə alınıb. İraq vətəndaşı Safia Ahmed Muttalib klubdan çıxıb evə gedərkən 2000 manat pulunun oğurlandığını görüb və bu barədə dərhal polisə şikayət edib.

Faktla bağlı araşdırma aparılır.