Rüstəm İbrahimbəyov təxribatla dolu yeni film üzərində çalışır

“Mənim yaxın qohumlarım arasında ermənilərin Azərbaycana qarşı törətdiyi hadisələrin qurbanları var. Mən onun bu hərəkətinə heç cür sakit yanaşa bilmərəm…” 

Bu sözzləri “Xalq qəzeti”nə açıqlamasında kinorejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu Azərbaycan xalqının vəhşi, qəddar, milli kökləri olmayan, ermənilərin isə sülhsevər, mədəni insan kimi təqdim edildiyi “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib. O bildirib ki, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş bu film heç bir bədii keyfiyyətə malik deyil: “Müxtəlif ölkələrdən erməni diasporundan aldığı qrantlar hesabına, bir neçə ermənipərəst aktyoru ətrafına toplayaraq ərsəyə gətirdiyi bir “film”dir. Burada Azərbaycan xalqını alçaldaraq, erməniləri alicənab, sülhsevər insanlar kimi təsvir edir. Filmdə bir epizod var ki, azərbaycanlı uşaq qaya üzərində dayanıb suya atılmağa qorxur. Xalqımızı bu qədər qorxaq, aciz təqdim ediblər. Daha bir mənfi epizod isə azərbaycanlıların vəhşi obrazında tərənnüm olunmasıdır. Başa düşmək olmur ki, öz doğma xalqına qarşı bu qədər yalan, iftira yazmaqla o, nəyə nail olmaq istəyir? Azərbaycan xalqı ona nə pislik edib?!

Bu insan hələ də Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəridir. Bu qədər hadisəyə baxmayaraq, bəzi kino xadimləri susur və həmin ittifaqda fəaliyyətlərini davam etdirirlər. Bunun özü də mənim üçün çox ağırdır. Gürcü rejissoru Eldar Şengelaya getsin Cənubi Osetiyanın, Abxaziyanın probemləri ilə məşğul olsun. O kimdir ki, Dağlıq Qarabağ problemini həll edir?!”

Cəmil Quliyev onu da əlavə edib ki, R.İbrahimbəyov 2009-cu ildən Azərbaycan xalqına olan nifrətini büruzə verməyə başlamışdı: “Mən dəfələrlə yazılarımda bunu dilə gətirmişəm. Əzəldən bilirdim ki, o, xalqımıza bu istiqamətdə ağır zərbə vuracaq. Xalq əleyhinə çıxışlar edən zaman akademik Nizami Cəfərov onun fikirlərinə sərt reaksiya verərək, tənqid etdi. 2010-cu ildə isə onunla çalışmaq istəmədiyimiz üçün mən, Ayaz Salayev, Şəfiqə Məmmədova, Oqtay Mirqasımov birlikdə onun rəhbəri olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqından çıxdıq. 2013-cü ildən mən Rüstəm İbrahimbəyova qarşı mübarizəmi davam etdirirəm. O, erməni məddahıdır. O, Azərbaycanı hər yerdə, yazılarında, olduğu məkanlarda dayanmadan aşağılayır. Azərbaycanın Xalq yazıçısı adını daşıya-daşıya bu cür mövqe sərgilədiyi üçün ona ayıb olsun! Bundan artıq nə demək olar?

O, bu gün də yeni film üzərində çalışır. Erməni rejissoru Roman Balayanla birlikdə çox təhlükəli təxribatlar hazırlayır. Bir neçə gənc rejissorları da öz ətrafına yığaraq, ermənilərin xeyrinə layihələr hazırlayan bir şəbəkə yaradıb. Bir Azərbaycan vətəndaşı və bir kinorejissor olaraq mən bu insanın davranışlarına qarşı ictimai qınağın artırılmasını istəyirəm. Ölkəmizi belə insanların vuracağı zərbələrdən qorumaq lazımdır. Ayaz Salayev ilə birlikdə Rüstəm İbrahimbəyovun bu hərəkətinə münasibət bildirmələri üçün ölkədə fəaliyyət göstərən bütün kinorejissorlara, yazıçılara müraciət edərək biganə qalmamalarını deyirik. Bu Vətən hər birimizindir. Onu hər kəsdən— istər xarici, istərsə də daxili düşmənlərdən müdafiə etmək vətəndaşlıq borcumuzdur”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi