Xırdalanda orta məktəb qarət olunub – MediaZona.Az
Bazar, 22 Noyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ

Xırdalanda orta məktəb qarət olunub

Abşeron rayonunda orta məktəbi qarət edən dəstə yaxalanıb.

 

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan şəhərindəki orta məktəblərdən birinin sinif otağından 28 ədəd kompüter oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Hüseyn Ağamalıyev, 1 yeniyetmə və Sumqayıt şəhər sakini Asif Əliyev tutulublar.