Cümə, 11 Sentyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
10.09.2026 14:51 · Gündəm, Manşet, Siyasət, Xəbər xətti

Prezident İlham Əliyev Şərqi Zəngəzurla bağlı sazişi imzaladı

Prezident İlham Əliyev Azərbaycan hökuməti ilə BMT-nin Məskunlaşma Proqramı arasında “Şərqi Zəngəzur iqtisadi rayonunda ağıllı, davamlı və inklüziv yaşayış məntəqələrinə doğru – Dayanıqlı şəhər inkişafı üçün inteqrə olunmuş ərazi planlaşdırması” layihəsinin icrası üçün Töhfə Sazişi”ni təsdiq edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Saziş bu il iyulun 15-də ABŞ-nin Nyu-York şəhərində imzalanıb. Sənəd qüvvəyə mindikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi zəruri dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Proqramın Katibliyinə bildiriş göndərməlidir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP