Mərkəzi Bank valyuta ehtiyatlarını AÇIQLADI – MediaZona.Az
Cümə, 13 Noyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
07.01.2026 10:52 · İqtisadiyyat, Manşet, Xəbər xətti

Mərkəzi Bank valyuta ehtiyatlarını AÇIQLADI

2026-cı il 1 yanvar tarixinə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 514.9 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 0.71% və ya 81.1 milyon ABŞ dolları çoxdur.

Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları əvvəlki illə müqayisədə 5.1% və ya 555.4 milyon ABŞ dolları artıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP