Çindən Orta Dəhliz vasitəsilə ilin ilk qatarı Azərbaycana doğru yola düşüb – MediaZona.Az
Cümə, 13 Noyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
05.01.2026 10:20 · İqtisadiyyat, Manşet, Xəbər xətti

Çindən Orta Dəhliz vasitəsilə ilin ilk qatarı Azərbaycana doğru yola düşüb

“Çin Enerji İnşaat Korporasiyası”na məxsus fotovoltaik modullarla yüklənmiş 45 konteynerlik Çin–Avropa yük qatarı Sian şəhərindən yola düşüb.

Bu 2026-cı ildə Çindən Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutu və ya Orta Dəhliz vasitəsilə yola düşən ilk qatardır. Yanvarın 1-də yola çıxan qatar Horqos sərhəd-buraxılış məntəqəsindən Qazaxıstana keçərək Xəzər dənizi vasitəsilə yekunda Bakıya çatacaq.

Fotovoltaik modulların Bakıya operativ çatdırılması Sian şəhərinin Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin quruculuğunda fəal iştirakı, habelə dəhlizin üzv tərəfdaşları ilə birgə xərclərin azaldılması və səmərəliliyin artırılması istiqamətində görülən ardıcıl tədbirlər sayəsində mümkün olub. Hazırda Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizi üzrə qatarların hərəkəti daha da intensivləşib, daşınma müddəti isə 15–23 gündən təxminən 11 günədək qısalıb.

Çin–Avropa yük qatarının (Sian) Trans-Xəzər xətti 2019-cu ilin oktyabrında ilk dəfə istifadəyə verilib, 2025-ci ilin noyabrın sonunadək bu marşrut üzrə ümumilikdə 466 qatar reysi həyata keçirilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP