Yerli və əcnəbi turistlərin həyatını təhlükə altında qoyan obyektlər yanğın mənbəyidir

Ölkəmizdə əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində işlər qətiyyətlə davam etdirir.

Aidiyyəti qurumlar tərəfindən təkcə ötən həftə ərzində 175 yanğına çıxışlar olub.  Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Lakin bu halların olmaması üçün təəssüflər olsun ki, təhlükəsizlik qaydalarını pozan məsuliyyətsiz insanlar və obyekt sahibləri var.

Redaksiyamıza daxil olan telefon zəngləri bunları deməyə əsas verir.

Belə ki, daxil olan zənglərdə insanların kütləvi toplaşdığı və həmin ərazinin turistik məkan olduğu qeyd edilir. Bildirilir ki, Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən bəzi obyektlər insanların həyatını mühüm təhlükə altında qoyur.  Sözügedən ərazidə yerləşən “Nohurgöl” restoranı, “Nohur”hotel və “Sahil” restoranı obyektlərinin fəaliyyəti nəticəsində yanğın təhlükəsizliyi qaydalarına riayət olunması bizdə şübhə doğurur. Həmin obyektlərdə qonaq olduğumuz zaman bir sıra yanğına qarşı çatışmazlıqlar bizdə sual doğurur. Bu obyeklərin istismarı qanunidirmi? Onların istismarı müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılıbmı? Obyektlərin daxilində istilik və havalandırma sistemləri normativ tələblərə uyğun şəkildə istismar olunurmu? Obyektlərin elektrik təsərrüfatı Elektrik Qurğularının Quraşdırılması Qaydalarının tələblərinə cavab verirmi? Obyektdə baş verə biləcək yanğın və digər fövqəladə hadisələr zamanı orada kütləvi toplaşan insanların təhlükəsiz şəraitdə köçürülməsi təmin edilibmi? Bununla yanaşı sözügedən obyektlərin ərazisi yanğına qarşı su təchizatı ilə təmin olunubmu? Bina və qurğular arası yanğına qarşı ara məsafələr gözlənilibmi? Obyektlərdə partlayışa səbəb olan qaz təchizatından istifadə olunurmu? Obyektlər yanğın zamanı insanların vaxtında xəbərdar edilməsi və yanğınların vaxtında qarşısının alınması üçün avtomatik yanğın xəbərverici və yanğınsöndürmə qurğuları ilə təchiz olunubmu? Obyektlərdə odsöndürən balonlar mövcuddurmu? Obyektlərə məxsus ərazidə gələcəkdə baş verə biləcək yanğın hadisələri zamanı iri həcmli xüsusi yanğın avtomobillərinin sərbəst yaxınlaşaraq yan alması təmin edilibmi?Sözügedən yanğına qarşı tələblər obyektlərin sahibkarları tərəfindən tam şəkildə yerinə yetirilirmi?  kimi suallar bizdə mühüm şübhələr doğurur.  Son zamanlar ölkə ərazisində baş verən yanğınlar bu kimi obyektlərə kütləvi toplaşan yerli və əcnəbi turistlərin həyatını mühüm təhlükə altında qoyur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi