Azərbaycan Ermənistana neft qatarı ilə girdi- YUNUS OĞUZ

“Ermənistanda fəallaşan revanşistlər həmişə deyirdilər ki,  Azərbaycan Ermənistan ərazisinə tankla girəcək.  Amma  Azərbaycan sübut etdi ki, Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və  sülh  tərəfdarıdır”. Bunu yazıçı-publisist,  siyasi  şərhçi Yunus Oğuz deyib: “Azərbaycan Ermənistana tankla yox, neft qatarı  ilə girib. Bu o deməkdir ki, Azərbaycan müharibəni yox, sülhü dəstəkləyir.  Ermənistandakı  revanşist  qüvvələrin  və  iki  ölkə  arasında  münasibətlərin  normallaşmasını istəməyənlərin  iddialarının  əksinə  olaraq   son proses onu göstərir ki, Azərbaycan sülh gündəliyinə sadiqdir və   regionda əməkdaşlığın formalaşması və stabilliyin əldə edilməsində maraqlıdır. Ölkəmizin bu humanist  addımından sonra sülh sazişinin bağlanması əsas məsələ olaraq gündəmə gəlir. Çünki, sülh sazişini rəsmiləşdirmədən ikitərəfli əməkdaşlığın ömrü çox da uzun çəkməz. Belə bir sazişin olmaması iki dövlət arasında siyasi, iqtisadi, hüquqi və humanitar əlaqələrin olmaması deməkdir. Düşünürəm ki, yaxın zamanlarda sülh müqaviləsi imzalanmalıdır ki, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə münasibətlər normallaşsın”.

Qeyd edək ki, 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılıb . Xatırladaq ki,  Prezident İlham Əliyevin qərarı ilə oktyabr ayında Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.

18 dekabr tarixində  isə  Azərbaycanın dövlət neft şirkəti SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilib.

Onu da qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan  Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan  Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən yola salınıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi