Xəbər televiziyanın bel sütunudur – Yeni mövsümə yeniliklərlə gəlirik

Müasir televiziyalarda xəbərlər proqramının olması, yayımı və təqdimatı forma,üslub cəhətdən mütəmadi olaraq yenilənir. İllər öncəki xəbər proqramları ilə müasir dövrdə təqdim olunan xəbərlərin müqayisəsində oxşar cəhətlər çox azdır.  Müasir xəbərlərdə vizual və audio effektlərə geniş yer verilir.Hədəf auditoriyaları, yayım prosesində istifadə edilən yeni texnologiyalar, tematik yayımda xəbərin qrafik həlli,data jurnalistikanın önəmi ilə yanaşı vizuallaşdırmanın televiziya xəbərlərində ilk tələb kimi ortaya qoyulmasına diqqət çəkilir.

Müasir televiziyalarda xəbərlərin təqdimatında vizual və audio effektlərə geniş yer verilməklə yanaşı,qrafik həll də mühüm əhəmiyyət kəsb edir. Televiziya yayımında yeni texnologiyalardan istifadə xəbərin məzmununu daha anlaşılan edir, keyfiyyəti və təsir gücünü artırır. Müasir texnologiyalar yayımın keyfiyyəti ilə yanaşı, səmərəliliyini və interaktivliyini də artırır. Televiziya kanallarını izlədikcə, demək olar bütün kanallarda xəbər proqramları var və xəbər proqramları tv kanallarının güzgüsü, simasıdır.

İllərin sınağından çıxmış, ölkənin ictimai-siyasi,iqtisadi,sosial və digər sahələrini işıqlandıran, gündəlik həyatda baş verənləri qərəzsiz, operativ şəkildə çatdıran xəbər proqramlarının rolu böyükdür. Artıq özünə kifayət qədər auditoriya toplayan xəbər proqramlarından öyrəniləsi çox şeylər var.

Yenicə fəaliyyətə başlayan xəbər proqramlarından biri də MTV kanalında yayımlanan “Xəbərdar” proqramıdır. İlyarım müddətdə efirə çıxan “Xəbərdar” izləyicilərini gündəlik xəbərlərlə məlumatlandırır. Proqramda dövlət maraqlarının müdafiəsi ən mühüm şərtlərdən biridir. Bu, hər bir əməkdaşın qarşısında duran mühüm məsələdir və proqramda buna ciddi əməl edilir. Dövlətin, ictimaiyyətin maraqlarına xidmət etmək kimliyindən asılı olmayaraq hamının  borcu olduğu kimi “Xəbərdar”da da bu prioritet məsələdir.

Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar ciddi araşdırıldıqdan sonra yayımına qərar verilir.

Bu baxımdan ictimai-dövlət maraqlarının ön planda saxlanması çox aktual məsələ kimi qarşımızda dayanır. İctimai maraqlar cəmiyyətin hər bir təbəqəsinin rəyini əks etdirir. Bu gün ictimai maraq dövlətçilik şüurunun daha da güclü inkişaf etdirilməsi, cəmiyyətə aşılanmasını tələb edir.

Yeni olmasına baxmayaraq, kiçik bir kollektiv ilə xəbərlər proqramlarının sırasına qoşulan,gün ərzində 3 dəfə yayımlanan  “Xəbərdar”da Dövlət başçımız,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi fəaliyyəti, səfərləri, qəbulları yayımlanır. İşğaldan azad olunan ərazilərimizdə aparılan tikinti-quruculuq işləri, iqdisadiyyatımızda,sosial həyatımızda baş verən yeniliklər, dünya xəbərləri və mədəniyyət xəbərləri sıralanır.

Xəbər televiziyanın bel sütunudur. Yeni mövsümdə yeniliklər “Xəbərdar”dan da yan keçməyəcək. Efirə yeniliklərlə gələcəyik. Nəzərdə tutduğumuz yenilikləri izləyicilərimiz dərhal hiss edəcəklər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə telekanallarına diqqət və qayğısı bizi də ruhlandırır və ölkəmizə,dövlətimizə,dövlətçiliyimizə azacıq olsa da bu sahədə verdiyimiz töhfələrdən qürur duyuruq.

 

Fatimə Paşayeva

“Xəbərdar” proqramının baş redaktoru

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi