Multikultural həmrəylik nümunəsi: Magen David Azərbaycan –VİDEO

Azərbaycanda multikultural dəyərlərə əsaslanan cəmiyyət modeli təkcə dövlət siyasətində deyil, vətəndaş cəmiyyəti institutlarında da öz təcəssümünü tapır. Bu institutlardan biri də “Magen David Azərbaycan” adlı hüquqi və xeyriyyə təşkilatıdır. Təşkilatın rəhbəri, hüquq müdafiəçisi və diaspor nümayəndəsi David Seliverstov “Baku TV”-nin “Po duşam” proqramında jurnalist Fariz Aşurovla olan söhbətində təşkilatın fəaliyyəti, məqsədləri və cəmiyyətə verdiyi töhfələr barədə danışıb.

Təşkilat 2021-ci ilin 16 avqustunda millət vəkili, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri , millət vəkili Rafailov Anatoliy Xaimoviç təşəbbüsü ilə yaradılıb.

Təşkilatın  əsas məqsədi Dağ Yəhudiləri və ümumilikdə Azərbaycan yəhudilərinə hüquqi yardım göstərmək olsa da, bu gün təşkilat fəaliyyətini daha geniş auditoriyaya yönəldərək müxtəlif etnik və dini qruplardan olan insanlara xidmət edir. David Seliverstovun sözlərinə görə, hüquqi yardımlar təkcə yəhudilərlə məhdudlaşmır: “Biz hüquqi yardımı yalnız yəhudilərə yox, azərbaycanlılara, ləzgilərə, tatlara, avarlara – bir sözlə, ehtiyacı olan istənilən vətəndaşa göstəririk”.

“Magen David Azərbaycan” təkcə hüquqi deyil, həm də xeyriyyə fəaliyyəti ilə seçilir. Xüsusilə şəhid ailələrinə yönəlik dəstək təşkilatın əsas fəaliyyət istiqamətlərindən biridir. Davud Seliverstov bu barədə danışarkən bildirir: “Vətən müharibəsində qazandığımız Zəfəri şəhidlərimizin qanı bahasına əldə etdik. Onların ailələrinə yardım etmək bizim mənəvi borcumuzdur”.

Təşkilat eyni zamanda sosial rifah və psixoloji dəstək sahəsində də əməkdaşlıqlar qurub. Onlardan biri Autizm Mərkəzinin rəhbəri Təranə Paşayeva ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bu əməkdaşlıq nəticəsində şəhid ailələrinin övladlarına pulsuz psixoloji xidmətlər göstərilir.

Qadınların da bu işə fəal cəlb olunması məqsədilə “Magendav International Center” adlı qadın platforması yaradılıb. Burada müxtəlif sahələrdə çalışan, lakin eyni dəyərləri bölüşən qadınlar bir araya gəlir. Seliverstov bu barədə belə deyir: “Bura sadəcə platforma deyil, bu, xoş niyyətli insanların birliyidir. Bura vəzifəyə görə yox, ürəyə görə daxil olurlar”.

Təşkilatın könüllüləri müxtəlif sahələrdə ehtiyac içində olan ailələrə yardım göstərir, ev təmirindən tutmuş ərzaq paylanmasına qədər geniş xidmətlər həyata keçirilir. Davud Silvestrov qeyd edir ki, yardımlar təkcə maddi deyil, həm də mənəvi dəstək xarakteri daşıyır. Onların məqsədi insanlara sadəcə kömək etmək yox, eyni zamanda ümid verməkdir.

Təşkilatın fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır. Gürcüstanda yaşayan azərbaycanlılar və yəhudilərlə mədəni, sosial və hüquqi əməkdaşlıq planlaşdırılır. Bu da təşkilatın regional miqyasda fəaliyyətini genişləndirdiyini göstərir.

Maraqlı məqamlardan biri odur ki, “Magen David Azərbaycan” beynəlxalq fondlardan maliyyələşmir. David Seliverstovun dediyinə görə, təşkilat yalnız şəxsi vəsaitlər və xeyirxah insanların ianələri hesabına fəaliyyət göstərir: “Yaxşılığı fondlarla deyil, ürəklə etmək olar. Bizim fəaliyyətimiz Rafael Haymovic Rafailov Anatoliy Xaimoviç və onun qardaşlarının dəstəyi ilə mümkündür”.

Təşkilat pandemiya dövründə də fəal olub – öz vəsaiti hesabına təcili tibbi yardım maşınları bağışlayıb və aztəminatlı ailələrə yardım kampaniyaları keçirib. Bu da onların humanitar təşəbbüslərdə nə qədər prinsipial və ardıcıl olduqlarını göstərir.

Təşkilatın yeni media layihəsi olan “Monitorinq TV” isə informasiya siyasətindəki növbəti addım kimi qiymətləndirilir. Bu platforma Qərbi Azərbaycan, multikultural dəyərlər və regional əməkdaşlıq kimi mövzuları əhatə edir. Gələcəkdə kanalın rus, ingilis və ivrit dillərində fəaliyyət göstərməsi planlaşdırılır. David Seliverstov bu haqda deyir: “Biz Qərbi Azərbaycana tankla yox, ailə maşınlarımızla qayıdacağıq. Biz müharibə istəmirik. Biz tariximizi, kimliyimizi dinc yollarla dünyaya çatdırmaq istəyirik”.

 

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP
  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib