Çərşənbə, 23 Sentyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
26.12.2024 17:33 · Kriminal, Manşet, Xəbər xətti

Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ

Azərbaycanda daha bir tiktoker həbs olunub.

Tiktoker Zəhra Abbasova barəsində Nərimanov rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə həbs qərarı verilib.

Zəhra Abbasova bir neçə gün əvvəl saxlanılan Azər Zahidin TikTok-dakı verilişinin qonağı olub.

Qeyd edək ki, Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov, Emin və Rəşad Abdullayev qardaşları da həbs ediliblər.

Bu gün həmçinin Nərimanov Rayon Məhkəməsinin qərarı ilə “Vaqa” ləqəbli Vüqar Zeynalzadə və “Nuh” ləqəbli Nuh Məmmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP