Yanğın və qəzalar laqeydlikdən baş verir

Son 1 ay ərzində təkcə Bakı şəhəri və ətraf qəsəbələrdə 10-la yanğın olub və FHN-nin Dövlət Yanğından Mühafizə İdarəsi tərəfindən bu yanğınların qarşısı alınıb. Bəs bu təhlükələrin baş verməməsi üçün əhalidən və obyekt sahiblərindən nə tələb olunur? Sadə bir tələb, yəni təhlükəsizlik qaydalarına əməl olunması təkcə yanğınların deyil, hətta digər qəzaların da qarşısını alar. Təəssüflə qeyd edək ki, laqeyd obyekt sahiblərinin səhlənkarlığı ucbatından yanğınlar baş verir, onun da əzab-əziyyətini təkcə özləri deyil, ətrafdakı obyekt və yaşayış evlərinin sahibləri çəkir. Xətai rayonu E Əliyev küçəsi 1 ünvanında yerləşən Hacı Zeynalabdin Tağıyev adına Toxucu Tikiş Sənayesi Açıq Səhmdar Cəmiyyəti də belə obyektlərdəndir. Belə ki, ASC-nin ərazisində icarə əsasında fəaliyyət göstərən istehsalat, anbar və xidmət obyektlərində, mebel istehsalı, dəmir sexləri, anbar sahələri, kağız kardon istehsalı sexlərində yanğın təhlükəsizliyi tələblərinə əməl olunmadığından tez tez yanğın hadisəsi baş verir. Tezalışan materiallarda istifadə olunduğundan yanğın qısa zaman kəsiyində ərazini bürüyür. obyektlərdə baş vermiş yanğın hadisələrinin söndürülməsi üçün yanğın su hovuzu olmadığından kənar ərazilərdən suyun daşınması məcburiyıtində qalınır kı buda yanğının genişlənməsinə, Sakinlərin təşviş və həyəcan yaşamasına səbəb olur. Yanğın xəbərverici sistemi olmadığından yanğın barədə obyekt rəhbərliyinə məlumatı kənarda yaşayan sakinlər verirlər. Yanğının qarşısını almaq üçün ilkin yanğınsöndürmə vasitələri yox dərəcəsindədir. obyektlərin elektrik naqilləri bərbad vəziyətdədir, mütəmadi qısa qapanmalar, partlayışlar baş verir, Ərazidə yanar tullantılar təmizlənilmir. Qeyd olunanlar yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkildə pozulması deməkdir. Yəqin ki, yazıda qeyd olunan nöqsanlar nəzərə alınacaq və obyektə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən baxış keçiriləcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi