Çərşənbə axşamı, 29 Sentyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ

ABŞ və Türkiyə arasındakı viza problemi Çeliki də vurdu

Türkiyənin məşhur müğənnisi Çelik oktyabrın 29-da Çikaqoda verəcəyi konsertlə bağlı narahatlıq keçirib..  Viza problemi ilə üzləşən müğənni əlaqədar təşkilatlara üz tutaraq ” yalvarıram, bizə yardım edin” deyərək müraciət edib . Aylardır konsertə hazırlaşdıqlarını, verəcəkləri 10 konsert turnesinin xəyalını qurduqlarını söyləyən Çelik, hətta yuxusunun qaçdığını dilə gətirib.

Çelik: “40 ildə bir dəfə Amerikaya gedəcəkdik, o da belə. Gərək çanaq bizim başımızda çatlayaydı? Bizim oraya mütləq getməyimiz lazımdır. Çox vacibdir”- deyərək veriləcək müsbət qərara ümid edir.