“AZZA”-NIN TƏHLÜKƏ SAÇAN OBYEKTİ

Mətbuatda hər zaman Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirməsi haqda məlumatlara rast gəlirik. Həmin məlumatlarda təhlükə saçan müxtəlif iaşə və digər obyektlərdə aparılan təxirəsalınmaz tədbirlər qeyd olunur.

Bu çərçivədə, müxtəlif ünvanlarda yerləşən restoran və mağazalarda, o cümlədən digər obyektlərdə aparılan yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində nöqsanlar aşkar edildiyi zaman sahiblərinə xəbərdarlıq edilir. Öz növbəsində sadalanan obyekt sahibləri aldıqları xəbərdarlıqdan nəticə çıxarıb, lazımi səliqə-sahmanı həyata keçirməyə borcludurlar.

Belə obyektlərdən biri də  Bakı şəhəri,Xətai rayonu, Babək prospekti 34 C ünvanda yerləşən obyektdir. Şəkildən də göründüyü kimi,  obyekt məşhur “Azza”  şirkətinə məxsus binadır.  Düzü, o məşhurluqda şirkətin belə bəsit bir binada yerləşib fəaliyyət göstərməsi özü təəccüb doğurur. Hələki  görünən odur ki, obyektin elektrik təsərrüfatında nöqsanlar var. Elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun deyil. Əgər elektrik təsərrüfatı belə bərbad gündədirsə, yəqin ki, səlahiyyətli  şəxslər reyd keçirərlərsə, bəlkə də başqa nöqsanlar da üzə çıxacaq.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    One thought on ““AZZA”-NIN TƏHLÜKƏ SAÇAN OBYEKTİ

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi