Sonradan özləri öz yalanlarını ifşa etdilər…

“Ümumiyyətlə, bütün savaşların sonunda döyüşən tərəflər sülh danışıqları apararkən mina xəritələri qarşı tərəfə təqdim olunur”.

Bu fikirləri politoloq Oqtay Qasımov Olaylar.az-a olan açıqlamasında bildirib:

“Azərbaycan Ermənistan arasında da proses bu cür oldu. 2020-ci il 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarda əsas mövzulardan biri minalanmış sahələrin xəritəsinin Azərbaycan tərəfinə təqdim edilməsi məsələsi oldu. Ermənistan guya müxtəlif vasitəçilərin dəstəyi və təşviqi ilə bir neçə dəfə Azərbaycana minalanmış sahələrin xəritələrini təqdim etdi. Məlum oldu ki, həmin xəritələr yalnız 25 faiz dəqiqliklə minaların yerini göstərə bilir. Yəni, bunlar qeyri-dəqiq xəritələrdir. Basdırılan minaların əksəriyyəti 2020-ci il Vətən müharibəsinə qədər basdırılan minalardır. Əhəmiyyətli hissəsi ermənilər tərəfdən savaşdan sonra bu təmas xəttinə basdırılıb. Ehtimal olunur ki, onların az bir qismi 44 günlük savaşın müddətində ərazilərə tələsik səpilmiş minalar ola bilər. Ümumən götürdükdə mütləq əksəriyyət basdırılmış minaların xəritələri erməni tərəfində mövcuddur. Bu baxımdan 2021-2022-ci illərdə Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi şübhə doğurduğundan Ermənistan bildirdi ki, guya onlar əllərində olan bütün xəritələri Azərbaycana təqdim ediblər. Amma sonradan özləri öz yalanlarını ifşa etdilər. Bir müddət öncə Ermənistan xarici işlər naziri Azərbaycana növbəti mina xəritələrinin təqdim edilə biləcəyini açıqladı. Sadəcə olaraq onun fikrində qəribə bir nüans var idi. Bu nüans ondan ibarət idi ki, Mirzoyan bildirirdi ki, oblar guya bu ərazilərdə yaşamış və bu prosesdə iştirak etmiş insanların arasında apardıqları sorğunun nəticəsində həmin xəritələri tərtib ediblər və bunu Azərbaycana vermək istəyirlər. Bu isə əslində növbəti bir manipulyasiyadır. Təqdim olunan xəritələr qeyri-dəqiq xəritələrdir. Əsl original xəritələr Azərbaycana təqdim olunmayıb. Sadəcə olaraq Ermənistan bununla beynəlxalq ictimai fikirdə belə bir fikir formalaşdırmağa çalışır ki, guya Ermənistan sülhü istəyir, Azərbaycan tərəfinə bütün minalı xəritələri təqdim edib. Azərbaycan guya sülhün tərəfdarı deyil. Amma əslində Ermənistanın mina xəritələri ilə bağlı manipulyasiyası və dəqiq xəritələri verməməsi iki məqsədə hesablanıb. Ermənistanda revanşist düşüncənin hələ də qaldığını və Ermənistanın Azərbaycanla sülhə maraqlı olmadığını, “Böyük Qayıdış” proqramı çərçivəsində vaxtilə bu ərazilərdən qovulmuş soydaşlarımızın geriyə qayıtmasının qarşısını almaq məqsədi daşıyır. Bu da ermənilərin gələcəkdə Azərbaycana torpaq iddialarını bir formada gerçəkləşdirilməsinə müəyyən imkanlar yaratmaq üçündür”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP 

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib