Marşrut xətlərindəki gecikmələr ARAŞDIRILIR – MediaZona.Az
Cümə, 23 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
11.12.2023 10:46 · Gündəm, Manşet, Xəbər xətti

Marşrut xətlərindəki gecikmələr ARAŞDIRILIR

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 30 və 49 nömrəli marşrut xəttinin fəaliyyəti araşdırılıb. Günün pik saatlarında şəhərin müxtəlif ərazilərində, o cümlədən marşrutların hərəkət sxemi üzrə Yusif Səfərov küçəsi, Xocalı və Qara Qarayev prospektlərində yaranan sıxlıq nəqliyyat vasitələrinin nizamlı fəaliyyətinə maneə yaradaraq hərəkət intervalının artmasına səbəb olur.

Agentlikdən verilən məlumatda bildirilib ki, 30 və 49 nömrəli marşrut avtobusları günün pik saatlarında Babək prospektində yaranmış sıxlıqla əlaqədar 15-20 dəqiqə, Xocalı prospektində isə 12-15 dəqiqə gecikmə ilə hərəkət edir: “Bu amil marşrutlar üzrə dayanacaqlarda sərnişin sıxlığına səbəb olur”.

“Mütəmadi olaraq marşrut xətləri üzrə sərnişin tələbatı nəzarətdə saxlanılır daşıyıcı şirkətlərə avtobus saylarının sərnişin axınına uyğun nizamlanması tapşırılır”, – deyə AYNA-dan bildirilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP