Qadınlardan ibarət millimiz son oyununa çıxır

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının 3-cü qrupunda sonuncu oyununa çıxacaq.

Modern.az xəbər verir ki, artıq qrup lideri kimi B Liqasına vəsiqəni təmin edən Azərbaycan yığması 6-cı turda Farer adalarını qəbul edəcək.

“Dalğa Arena”da gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək.

C Liqasının 3-cü qrupunun digər matçında Kipr Monteneqronun qonağı olacaq. Bu görüş də eyni vaxtda başlayacaq.

19:00. Azərbaycan – Farer adaları

Xallar: Azərbaycan – 13, Monteneqro – 9, Kipr – 7, Farer adaları – 0.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP