Qəzzadakı dəhşətli partlayışda 500-dən çox ölən var

Çərşənbə axşamı Qəzza zolağında yerləşən xəstəxanaların birində güclü partlayış baş verib.

Hadisə nəticəsində 500-ə yaxın fələstinli həlak olub.

Qəzzada HƏMAS-ın idarə etdiyi hökumətin səhiyyə naziri Mai Alkaila hücuma görə İsraili ittiham edib. Qəzzanın mülki müdafiə rəisi 300 nəfərin, səhiyyə nazirliyinin rəsmisi isə 500 nəfərin öldüyünü bildirib.

Fələstin səhiyyə orqanları partlayışa görə İsraili, İsrail ordusu isə fələstinli silahlı qruplaşmanı günahlandırıb.

İsrail hərbçiləri Qəzza şəhərində Əl-Əhli əl-Ərəbi xəstəxanasındakı partlayışa görə məsuliyyəti rədd edib, xəstəxananın İslami Cihad hərbi qruplaşmasının uğursuz raket atışı ilə vurulduğunu açıqlayıb.

“İsrail ordusunun əməliyyat sistemlərinin təhlili göstərir ki, Qəzzada terrorçular tərəfindən raket zərbələri endirilən zaman Qəzzadakı Əl Əhli xəstəxanasının yaxınlığından keçib”, – deyə İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.

“Əlimizdə olan bir çox mənbədən əldə edilən kəşfiyyat məlumatları göstərir ki, İslami Cihad Qəzzada xəstəxanaya uğursuz raket buraxılışına görə məsuliyyət daşıyır”, – sözçü əlavə edib.

İsrailin baş naziri Benyamin Netanyahu da xəstəxanaya hücumda İsrail hərbçilərinin əli olması ilə bağlı iddiaları rədd edib və bildirib ki, xəstəxanaya barbar terrorçular hücum edib.

“Bütün dünya bilməlidir: Qəzzada xəstəxanaya İsrail Müdafiə Qüvvələri yox, barbar terrorçular hücum edib. Uşaqlarımızı vəhşicəsinə öldürənlər öz övladlarını da öldürürlər”, – Netanyahu qeyd edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi