Pakistanlı ekspert: Prezident İlham Əliyev Azərbaycanda gənclər siyasətinə müstəsna əhəmiyyət verir

İyulun 25-də Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrdən olan Gənclərin Sammiti işə başlayıb. Tədbirdə Qoşulmama Hərəkatına üzv olan 60-dan çox ölkənin gənc nümayəndələri iştirak edirlər.

Qoşulmama Hərəkatının Bakı Sammiti dünyanın hər yerindən müxtəlif mədəniyyətlərə və təcrübəyə malik gənclərin bir yerə toplaşdığı nadir platforma oldu. Tədbirdə gənclər müxtəlif qlobal məsələlərlə bağlı maraqlı fikir və ideyaları ilə çıxış etdilər. Beləliklə, Gənclər Sammiti Qoşulmama Hərəkatına üzv ölkələrin müxtəlif guşələrindən olan ən yaxşı beyinlərin öz ideyalarını bölüşmək, real dünyanın problemlərinin həlli yollarını tapmaq üçün bir araya gətirib. Sammitin keçirilməsi onu deməyə imkan verir ki, gənclərimiz bəşəriyyətin, qlobal sülh mədəniyyətinin və davamlı inkişafın müdafiəsində dəstəklərini göstərəcəklər.

Bunu strateji kommunikasiyalar üzrə pakistanlı ekspert Qayser Nəvvab söyləyib.

Ekspert qeyd edib ki, Qoşulmama Hərəkatının sədri, Prezident İlham Əliyev Azərbaycanda gənclər siyasətinə müstəsna əhəmiyyət verir. Prezident İlham Əliyevin dediyi kimi, Qoşulmama Hərəkatının Gənclər Sammiti üzv ölkələrin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcək.

“Bu gün dünyada gənclərin 90 faizə yaxını Qoşulmama Hərəkatına üzv ölkələrdə yaşayır. Əvvəllər heç vaxt olmadığı kimi bir-birinə bağlı gənclər innovativ həllər təklif etməklə və sosial tərəqqiyə təkan verməklə öz ölkələrinin rifahına da töhfə verirlər. Eyni zamanda, onlar digərləri ilə yanaşı, keyfiyyətli təhsil, səhiyyə və layiqli iş axtarır, müxtəlif problemlərlə üzləşirlər. Bu da onların tam potensiallarının üzə çıxarılmasına mane olur. Gənclərin öz yollarını necə seçmələri və bu çətinlikləri dəf etmələri bəşəriyyətin tərəqqisi üçün çox vacibdir.

Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri texnologiyadan istifadə etməklə və davamlı tərəqqinin təmin edilməsində qarşılaşdıqları cari çağırışlar, bu çətinliklərlə bağlı innovativ ideyalar, baxışlar, tövsiyələr və perspektivlər təqdim etməklə Hərəkatın prinsiplərinin irəlilədilməsində mühüm rol oynaya bilərlər”, – deyə pakistanlı ekspert diqqətə çatdırıb.

Q.Nevvab vurğulayıb ki, qlobal problemlərin həlli yollarının tapılmasında gənclərin potensialından istifadə edilməsi çox gözəl təşəbbüsdür. Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüsü yüksək səviyyədə dəstəkləyir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib