Fransada burkininin istifadəsi qanunla qadağan edildi – MediaZona.Az
Şənbə, 24 Oktyabr 2026
Günün xəbəri, dəqiq məlumat--:--:--
Xəbər Zonası
Operativ • Dəqiq • Etibarlı
SON DƏQİQƏ
22.06.2022 11:12 · Dünya, Manşet, Xəbər xətti

Fransada burkininin istifadəsi qanunla qadağan edildi

Fransa Ali İnzibati Məhkəməsi müsəlman xanımlar üçün çimərlik geyimi olan burkininin ictimai hovuzlarda istifadəsini qadağan edib.

Ali Məhkəmə burkininin Fransanın dünyəvi dövlət prinsiplərini pozduğunu və bu geyimin dini motivlərə istinad etdiyi qənaətindədir.

Qeyd edək ki, bir ay əvvəl Qrenobl şəhərinin rəhbərliyi ictimai hovuzlarda burkini geyiminin icazəsinə dair qərar qəbul etmişdir.

Bu hadisədən sonra qərarın əleyhinə olanlar məhkəməyə müraciət edib.

Burkininin istifadəsi mütəmadi olaraq Fransada qızğın siyasi müzakirələrə səbəb olur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP