Neft və neft məhsullarının Cənubi Qafqaz nəqliyyat dəhlizi ilə nəqli müzakirə olunub

Gürcüstanın Batumi şəhərində “Neft və neft məhsullarının Cənubi Qafqaz nəqliyyat dəhlizi ilə nəqli” adlı beynəlxalq konfrans keçirilib.

“ADY Express”dən bildirilib ki, tədbirdə son aylarda qeosiyasi dəyişikliklər nəticəsində neft və neft məhsullarının nəqli və logistikası ilə bağlı yaranan son vəziyyət müzakirə edilib. Konfrans zamanı Cənubi Qafqaz nəqliyyat dəhlizi vasitəsilə qeyd olunan məhsulların dünya bazarına çıxarılması məsələsi diqqət mərkəzində olub. Bununla bağlı dəhliz iştirakçılarının nəqliyyat, logistika və infrastruktur imkanları barədə geniş məlumat verilib və konfrans iştirakçılarına apardıqları görüşlərdə və danışıqlarda yeni kommersiya əlaqələri yaratmağa imkan yaradılıb.

Tədbir çərçivəsində xüsusi olaraq Qazaxıstan və Türkmənistan neft və neft məhsullarının nəqli və bu yüklərin aşırılması imkanları diqqət mərkəzində olub. Aparılan müzakirələrdə Xəzər dənizindəki Qazaxıstan, Türkmənistan və Azərbaycan limanlarının və neft terminallarının yükburaxma qabiliyyəti, onların imkanları, dəmir yollarının imkanları diqqət mərkəzində olub.

Tədbirdə “ADY Express” MMC-nin Logistika departamentinin rəhbəri Yusif Ramazanov çıxış edərək, Azərbaycan dəmir yolları vasitəsilə bu cür yüklərin nəqlinə dair ətraflı məlumat verərək, ümumiyyətlə ölkəmizin neft və neft məhsullarının daşınması ilə bağlı tranzit imkanları barədə danışıb.

Tədbir çərçivəsində iştirakçılar, həmçinin Orta Asiya-Qafqaz-Avropa/Qərb marşrutunun gələcək perspektivləri ətrafında geniş müzakirələr apararaq, logistika sahəsində əməkdaşlığın səmərəliyinin artırılması istiqamətində fikir mübadiləsi aparıblar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    One thought on “Neft və neft məhsullarının Cənubi Qafqaz nəqliyyat dəhlizi ilə nəqli müzakirə olunub

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi