TƏBİB yeni səlahiyyətlərinin icrası ilə bağlı məsələyə aydınlıq gətirdi

Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Reyestrin operatoru funksiyalarının həyata keçirilməsi və Portal vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) təmin edəcək.

Bunu TƏBİB-in mətbuat katibi Zamirə Adilova deyib.

O bildirib ki, bu məsələ vətəndaşların əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sahəsində şəffaflığın artırılması və müasir informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi, habelə əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Azərbaycan Prezidenti tərəfindən imzalanmış 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmana 10 iyun 2022-ci il tarixli dəyişikliklə həyata keçiriləcək.

“Fərmana əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi təşkil olunmuş, Nazirliyin üzərinə əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün vətəndaşlara elektron formada (“Elektron hökumət” portalı üzərindən müraciət etmək imkanının yaradılması, o cümlədən keçirilmiş müayinələr, qəbul edilmiş qərarlar barədə məlumatların real vaxt rejimində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə ötürülməsinin təmin edilməsi ilə bağlı vəzifələr qoyulmuşdur.

Həmçinin Fərmanın 3.1-ci bəndilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin yaradılması və Əmək Nazirliyinin portal vasitəsilə Reyestrə real vaxt rejimində çıxışının təmin edilməsi tapşırılmışdır.

Sözügedən Fərmana 10 iyun 2022-ci il tarixdə edilmiş dəyişikliklərdən sonra TƏBİB Fərmanın 3.1-ci bəndinə əsasən Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Reyestrin operatoru funksiyalarının həyata keçirilməsi və Portal vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını təmin edəcək.

Sözügedən Fərmanla TƏBİB-ə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər barədə məlumatların real vaxt rejimində Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsi tapşırılmışdır”,- Z.Adilova deyib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin:    0 55 4 61 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi