“Şuşa Azərbaycanın zəfər, müdafiə qalası, elm, mədəniyyət, mənəvi dəyərlər simvoludur”- Aydın Quliyev

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.   Bu barədə   açıqlama verən siyasi ekspert, “Bakıxəbər” qəzetinin baş redaktoru Aydın Quliyev  Olaylar.az-a bildirib ki, Şuşa bizim mədəniyyətimizin, 44 günlük Vətən müharibəsində qələbəmizin, xalqımızın mənəvi dünyasının və sərhəd tanımayan musiqi yaradıcılığının böyük tarixi simvoludur. Buna görə də, Şuşa ilə bağlı dövlət səviyyəsində qəbul olunan bütün aktlar  Şuşanın nə qədər əzəmətli və möhtəşəm olduğunun təsdiqidir. Şuşanın Azərbaycan üçün əvəzolunmaz bir şəhər olduğunun təsdiqidir.

“Heç təsadüfi deyil ki, Şuşa  30 il əvvəl işğal olunanda, bu işğal faktı Azərbaycan xalqını mənəvi olaraq nə qədər sındırmışdısa, bizim torpaqlarımızın digər hissələrinin  də ermənilər tərəfindən işğalı üçün nə qədər bir ruh düşkünlüyü və əlverişli şərait yaratmışdısa, eynilə 44 günlük müharibə zamanı Şuşanın azad olunması da ermənilərə bir o qədər mənəvi, hərbi, siyasi zərbə effekti verdi. Şuşanın azad edilməsi işğal altında olan digər torpaqlarımızın bir güllə belə atılmadan  azad edilməsi yollarını tamamilə aşdı. Bu mənada Şuşa Azərbaycanın həqiqətən də bir zəfər qalası, müdafiə qalasıdır. Elm, mədəniyyət, mənəvi dəyərlər simvoludur. Buna görə də Şuşa ilə bağlı Prezidentin imzaladığı sərəncam, bu şəhərin həm bugünkü nəslin gözündə nə qədər böyük dəyərə malik olduğunu təsdiq edir, həm də gələcək nəsillərə çox qiymətli bir mesajdır. Eyni zamanda işğalçı Ermənistana böyük bir mesajdır. Şuşanı 30 ilə yaxın əllərində saxladılar, amma Şuşanı ancaq dağıtmaqla, məhv etməklə məşqul oldular. Bu gün başlayıblar ki, guya vaxtilə onların əlində olanda Şuşada hansısa binaları  tikmək istəyibmişlər, guya bunlar yarımçıq qalıb və Azərbaycan da bunu dağıtmaqla məşğuldur. Halbuki, faktdır ki, Şuşada ermənilər daşı-daş üstə  qoymadılar. Hətta müəyyən yarımçıq tikililər ermənilərdən qalıbsa belə onlar işğal dövrünün , murdar nifrət və təcavüz dövrünün pis bir  nümunələri və yadigarları kimi kökünə qədər məhv edilməlidir. Yenidən Şuşanın milli ruhuna uyğun olaraq yeni tikililər aparılmalıdır. Bu mənada Prezidentin imzaladığı sərəncam Şuşanın 270 illiyinin təntənəli şəkildə qeyd olunması tarixinə önəmli bir tövhədir. Şuşanın əsasını qoyan kişilərin tariximizdəki roluna, təşəbbüskarlığına verilən böyük qiymətdir. Yəqin ki, Azərbaycan xalqı, müvafiq rəsmi sturkturlar bu bayram təntənələrinin yüksək səviyyədə keçirilməsi üçün, özlərindən asılı olan, lazım olan hər şeyi edəcəklər. Yetər ki, Azərbaycan cəmiyyəti bunun tarixi əhəmiyyətli bir hadisə olduğunun fərqinə varsın. Heç şübhəsiz ki, Azərbaycan xalqı Şuşanın 270 illik yubileyinin qeyd edilməsinin tarixi əhəmiyyətli bir hadisə olduğunun  fərqinə varacaq və lazımi qiyməti verəcək”

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin: 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi