“Mitsubishi” 90 minə yaxın avtomobilini geri çağırıb
“Mitsubishi” şirkəti Rusiyada 90 minə yaxın avtomobilini geri çağırıb.
Trend-in məlumatına görə, bu qərar avtomobillərin şüşətəmizləyicilərində qeydə alınan qüsurlarla bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2010-cu ilin iyulundan 2016-cı ilin yanvarınadək Rusiyada satılmış “Mitsubishi ASX” modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri avtomobil sahibləri üçün ödənişsiz həyata keçiriləcək.