Sosial şəbəkələrlə bağlı layihə çərçivəsində kitabça hazırlandı – FOTO

  • Foto
  • Oktyabr 22, 2020

“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsi çərçivəsində kitabça hazırlanıb.

Təşkilatdan verilən məlumata görə, layihədə nəzərdə tutulmuş və icrası artıq yekunlaşmış ictimai müzakirələr və sosial sorğunun yekununa həsr olunmuş kitabça işıq üzü görüb.İki hissədən ibarət olan kitabçanın ön səhifələrində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsinin, Milli Məclisin deputatının və ölkənin tanınmış ekspertlərinin məqalələrinə, fikirlərinə yer verilib.Onlar sosial şəbəkələrdən, bu məkanda informasiya təhlükəsizliyindən və açıq internet mühitində vətəndaş cəmiyyətinin rolunun artırılmasından nümunələr gətiriblər.Ekspertlər həmçinin vətəndaşların, gənclərin, media nümayəndələrinin və bəzi aidiyyəti qurumların üzərinə düşən vəzifələrdən, məsuliyyətdən bəhs ediblər.

Kitabçanın ikinci hissəsində isə mövzu ilə bağlı keçirilmiş sorğunun nəticələri dərc olunub.Layihənin şərtlərinə uyğun olaraq sözügedən vəsait bəlli tirajla vətəndaşlara ödənişsiz çatdırılacaq.

Xatırladaq ki, layihə Sosial Tədqiqatlar Mərkəzi (STM) ilə birgə keçirilir.

 

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

 

 

 

  • Oxşar xəbərlər

    Kopenhagendə Gəncə terroru qətiyyətlə pislənib

    Danimarkada yaşayan azərbaycanlılar Kophenhagen şəhər bələdiyyəsinin binası qarşısındakı “Radhuspladsen” meydanında icazəli aksiya keçirib. Aksiya iştirakçıları Gəncə şəhərində və ölkəmizin digər yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin vandalizm aktları törətməsini, mülki şəxslərin,…

    Azərbaycanlıların aksiyasında təxribat edən ermənilərdən 3-ü saxlanıldı

    Azərbaycanlı gənclərin təşəbbüsü ilə Polşanın Katovitse şəhərində Teatr binasının qarşısında erməni təcavüzünü və Gəncə terrorunu pisləyən icazəli aksiya keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, aksiyada soydaşlarımızla yanaşı milliyətcə…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib