bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomvenüsbethilbetjasminbetpiabetartemisbetmaltcasinoasyabahisbetorspinbettiltmarkajbetbetkombelugabahisrestbetbetper

Sabah Bakıda müstəqillik dönəminin ən böyük paradı keçiriləcək

Sabah paytaxtımızda Azərbaycan Silahlı Qüvvələrinin, o cümlədən Xəzər Hərbi Donanmasının möhtəşəm paradı keçiriləcək.

Paradda Türkiyədən qırıcıların – “Türk şahinləri”nin də iştirakı gözlənilir. Bundan əlavə, 100 ildə ilk dəfə (!) Türkiyə hərbçiləri paradda keçid edəcəklər. Bu, iki qardaş ölkənin dostluq və müttəfiqliyinin əbədiliyini, yenilməzliyini simvolizə eləməklə yanaşı, dünyadakı antitürk çevrələrə Azərbaycanın tək olmadığının aydın mesajı olacaq (İlk dəfə 100 il öncə – 1918-ci ilin sentyabr ayında, Bakı bolşevik-daşnak qüvvələrindən azad ediləndən sonra keçirilən hərbi paradda Osmanlı hərbçiləri iştirak ediblər), faktiki, həm də iki qardaş dövlətin ortaq güc nümayişi olacaq.

Sabahkı parad əvvəlkilərdən fərqli olaraq, heç sübhisiz ki, Azərbaycanın xeyli dərəcədə böyümüş hərbi arsenalının və qüdrətinin göstəricisi olacaq və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunduğu üçün ən möhtəşəm güc nümayişi kimi tarixə öz damğasını basacaq.

Картинки по запросу azərbaycan silahlı qüvvələri günü şəkillər

 

Azərbaycan öz hərbi parkındakı ən müasir döyüş maşınları və silah sistemlərini parada çıxarmaqla işğalçı Ermənistan üzərində əzici hərbi üstünlüyə nümayiş etdirmiş olacaq. İşğalçı ölkə Azərbaycanla silahlanma yarışında heç vaxt rəqabət aparmaq imkanında ola bilməyəcəyinə, ordumuzun istənilən an öz ərazilərini qısa zamanda işğaldan azad etməyə qadir olduğuna əminlik hasil edəcək.

“Azərbaycanın Silahlı Qüvvələri üçün yeni dağıdıcı silahlar alınıb”. Bunu parad ərəfəsi müdafiə naziri Zakir Həsənov deyib. O, habelə bütün döyüş maşınlarının yeniləndiyini söyləyib: “Yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək”.

Həsənov həmçinin, bu gün ordumuzun ən müasir texnikalarla idarə olunduğunu vurğulayaraq deyib ki, hazırda Azərbaycan ən müasir, uzaq vuran raket və artilleriya sistemlərinə malikdir. Bu raketlər düşmənin istənilən yerüstü və hava hədəfini məhv etməyə qadirdir. Onlar da paradda nümayiş etdiriləcək.

“İyunun 26-da raket hücumu əleyhinə qalxan sistemi də nümayiş etdiriləcək”. Bunu da hərbi nazirimiz söyləyib. “Çoxları deyir ki, Azərbaycanda belə sistemlər ola bilməz. Ancaq paradda görəcəksiniz ki, onlar nədir. Bu yalnız alınan yeni silahların bir qismidir”, – deyə o, bildirib. Müdafiə naziri konkret hansı qalxan sistemindən söhbət getdiyini dəqiqləşdirməyib. Şübhə yox ki, söhbət İsrail istehsallı “Dəmir günbəz” raketdən (havadan) müdafiə sistemlərindən gedir. Hansı sistemlər ki, yüksək dəqiqliyi ilə seçilir.

 

Ä°lgili resim

Paradda xarici qonaqların qatılacağı gözlənilir. Xarici ölkələrdən olan hərbi attaşelər paraddan aldıqları təəssüratları öz dövlətlərinin rəhbərliyinə çatdıracaq.

Müdafiə nazirinin də xüsusi vurğuladığı kimi, Azərbaycan son illər hərbi xərclərini xeyli artırmaq hesabına (hərbi xərclərimiz Ermənistanın illik büdcəsindən böyükdür və büdcəyə edilən son düzəlişlərə görə, daha 200 milyon manat artırılıb), yeni və olduqca müasir döyüş sistemləri, dağıdıcı silahlar alıb, özündə bir sıra silahların istehsalını təşkil edib (onlar da ilk dəfə nümayiş olunacaq), habelə hərbi zavodlar və modern hərbi hissələr açıb, ələlxüsus, düşmənin “qorxulu röyası” olan pilotsuz usan aparatlarla bağlı ciddi uğurlara imza atıb. Hava məkanında üstünlüyümüz daha da güclənib.

Parad ile ilgili görsel sonucu

Eyni zamanda qardaş Türkiyə ilə müntəzəm ortaq təlimlər keçirməklə ordumuz döyüş qabiliyyətini dəfələrlə artırıb. Bütün bu göstəricilərin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü orduları sırasında yer alır (Ermənistan ümumiyyətlə, siyahıya düşməyib, Gürcüstan – 64-cü yerdədir).

Картинки по запросу azərbaycan silahlı qüvvələri günü şəkillər

Bütün bunları düşmən bilməmiş deyil. 2016-cı ilin aprelində aldığı “Lələtəpə qulaqburması” ona görk olmalıdır. İşğalçı onu da bilməmiş deyil ki, aprel hərbi zəfəri sadəcə, bir “jurnal” idi və əgər o, tezliklə konstruktiv danışıqlara başlamasa, Azərbaycanın səbri tükənəcək. Hər halda, Bakı böyük paralar hesabına aldığı, özünün istehsal elədiyi müasir silahları yalnız vitrinə qoyub paslandırmaq və ya vaxtaşırı hərbi paradda nümayiş etdirmək fikrində də deyil. Sabahkı hərbi paradla Azərbaycanın dünyaya verdiyi ikinci mühüm mesaj budur.MediaZona.Az