bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobet

Türkiyədə kritik seçkilər baş tutdu – xalq Ərdoğanla “Yola davam” dedi, lakin…

Qardaş ölkədə tarixi seçkilər insidentsiz yekunlaşdı; parlament “Cümhur İttifaqı”nın nəzarətinə keçir? Toğrul İsmayıl: “Seçkilərin bu şəkildə olacağını əvvəlcədən bilirdik…”

İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirildi. Seçkilər Bakı vaxtilə saat 09:00-da başlayıb, 18:00-da başa çatıb. Qardaş ölkədə son onilliklərin ən kritik seçkilərində ilk dəqiqələrdən yüksək seçici fəallığı müşahidə edilib.

Qeyd edək ki, növbəti 7 illik dönəmdə Türkiyə rəhbəri olmaq üçün 6 iddiaçı yarışıb. Onlar Türkiyənin hazırkı prezidenti, AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə, İyi Partiyanın başqanı Meral Akşener, Səadət Partiyasının sədri Təməl Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasının (HDP) həbsdə olan namizədi Səlahəddin Dəmirtaş idi.

Türkiyə Böyük Millət Məclisindəki 600 deputat yeri uğrunda isə iki ittifaq arasında gərgin mübarizə gedib. Bunlar hakim AKP və müxalif qurum olan MHP-nin yaratdığı “Cümhur” ittifaqı, müxalifətin CHP, İYİ, Səadət və Demokratik partiyalarının “Millət ittifaqı” idi.

Məlumat üçün bildirək ki, Türkiyədə 59 milyon 391 min 328 vətəndaş səsvermə hüququna malikdir. Bu seçicilərin 56,3 milyonu Türkiyədə, qalanı isə xarici ölkələrdə yaşayır. Seçkilər başlananadək xaricdəki seçicilər üçün səsvermə prosesi başa çatıb, bülletenlər Türkiyəyə gətirilib.

türkiye 2018 seçimleri ile ilgili görsel sonucu

Səsvermə prosesini 34 ölkədən 650 KİV təmsilçisi, eləcə də 500-ə yaxın beynəlxalq müşahidəçi izləyib.

Prezidentliyə iddiaçılar müxtəlif yerlərdə səs veriblər. R.T.Ərdoğan səsverməyə İstanbulun Üsküdar rayonunda yerləşən məktəblərdən birindəki seçki məntəqəsində qatılıb. Onunla yanaşı, həyat yoldaşı Əminə Ərdoğan və kürəkəni – Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak da səs veriblər.

Ərdoğan səsvermə zamanı bildirib ki, Türkiyə bazar günü ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkiləri sayəsində demokratik inqilab edir: “Bu seçkilər əhəmiyyətli bir xüsusiyyətə malikdir. Türkiyə onların sayəsində əməli olaraq demokratik bir inqilab edir”.

türkiye 2018 seçimleri ile ilgili görsel sonucu

Dövlət başçısı həmçinin bildirib ki, seçicilərin seçkilərdə iştirak səviyyəsi yaxşıdır: “İndiyədək 50% seçicinin səs verdiyini öyrəndik. Dünyanın ən inkişaf etmiş ölkələrində belə seçkilərdə fəallıq 30% olur. Türkiyə bunun öhdəsindən gəldi”.

M.İncə isə ailəsi ilə birlikdə Yalovada səsvermə məntəqəsinə gəlib. Musavat.com-un məlumatına görə, səs verdikdən sonra jurnalistlərlə söhbətində M.İncə dərhal Ankaraya yola düşəcəyini bildirib. CHP namizədi səs verərkən onun jurnalistlə arasında gərginlik yaşanıb. O, səsvermə zamanı onun əlini çəkən operatoru danlayıb. Belə ki, səs verdikdən sonra açıqlama verməyə hazırlaşan İncə onu çəkən xəbər agentliyinin müxbirinə “O hərəkəti etmə. Əlimdən tutub çəkirsən, uşaq çəkər kimi” deyərək reaksiya verib.

Daha sonra açıqlama verən İncə “Vətən, millət üçün xeyirlisi olsun. Axşam YSK-nın (Yüksək Seçim Qurumu) önündə olacam” deyib. Binadan çıxandan sonra təkrar jurnalistlərin qarşına çıxan İncə danladığı müxbirin harada olduğunu soruşub və “Zarafat edirəm” deyərək üzr istəyib.

İYİ Partiya başqanı Meral Akşener də yerli vaxtla 10:30-da İstanbuldakı seçki məntəqəsinə gəlib. Jurnalistlərə açıqlamasında o, səs verdikdən sonra Ankaraya gedəcəyini qeyd edib.

Türkiyənin baş naziri Binali Yıldırım səs verdikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, seçkilərdən sonra Türkiyə daha da güclənəcək. Baş nazir onu da qeyd edib ki, Türkiyədəki seçkilər əvvəlki kimi demokratik şəraitdə keçirilir: “Türkiyə xalqı doğru və layiqli seçim edəcək”.

Xarici işlər naziri Mövlud Çavuşoğlu da səsvermə prosesində iştirak edib. XİN rəhbəri doğulduğu Antalya şəhərində səs verib. “Vətəndaşlarımızdan səs istədik. Bu gün də vətəndaşlıq vəzifəmizi yerinə yetiririk. Səsimizi verdik. Vətənimizə, millətimizə xeyirli olsun. Bu seçkilərə yeni bir hökumət sistemi ilə daxil olduq. Türkiyə tarixinin ən kritik seçkiləri keçirilir. İnşallah, millətimiz, ölkəmiz və dövlətimiz üçün xeyirli olsun”, – Çavuşoğlu bildirib.

*****

Dünənki seçkilərdə bir ilk  də yaşanıb. Belə ki, xəstəliyi və fiziki qüsuru olduğu müəyyən edilən 17 min 258 seçici üçün Türkiyədə ilk dəfə səyyar seçki xidməti təşkil olunub. Türkiyənin Yüksək Seçki Qurumunun ərizələr əsasında müəyyən etdiyi bu şəxslərin səs verə bilməsi üçün seçki qutuları onların evlərinə aparılıb və burada da seçki prosesinin gizliliyi təmin olunub.

Əvvəldən ehtimal edildiyi kimi, seçki günü baş verə biləcək terror aktının qarşısı alınıb. Türkiyənin Ankara şəhərində prezident seçkiləri zamanı təxribat törətməyə hazırlaşan 11 terrorçu yaxalanıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. Məlumata görə, terrorçular hücum planlarını müzakirə edərkən təhlükəsizlik orqanları uğurlu əməliyyat keçirərək onları zərərsizləşdirib. Faktla bağlı cinayət işi açılıb.

Seçki günü özlərini müşahidəçi kimi təqdim edib 4 rayonda seçkilərə müdaxiləyə cəhd edən 10 xarici vətəndaş saxlanılıb. Avropa.info xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Ağrıda 3 Fransa, Şırnakda 3 Almaniya, Batmanda 1, Diyarbəkirdə 3 İtaliya vətəndaşı seçkilərə müdaxilə edərkən həbs olunub. Sözügedən şəxslərin seçkilərə dair akkreditasiya olmadığı və ATƏT müşahidəçisi olmadıqları halda özlərini xarici müşahidəçi olaraq göstərdikləri müəyyən edilib. Həmin şəxslərin xarici ölkələrin xüsusi xidmət orqanlarının əməkdaşları olduqları güman edilir.

Əsasən, kürdlərin yaşadıqları bəzi yerlərdə seçki saxtakarlığına cəhdlər də olub. Şanlıurfanın Suruç rayonunda polis  öncədən möhürlənmiş 4 kisə seçki bülleteni aşkarlayıb.

NTV telekanalının verdiyi məlumata görə, polis Suruçun Mızar məhəlləsisindəki bir seçki məntəqəsinə avtomobillə çoxlu sayda möhürlü seçki bülleteni gətiriləcəyi məlumatı əsasında hərəkətə keçib. Polis saxta seçki bülleteni gətirən 27 BSU 52 nömrəli avtomobili saxlamaq istəsə də, avtomobilin sürücüsü qaçmaq istəyib. Polisin havaya atəşi nəticəsində avtomobil saxlanılıb. Avtomobildəki 4 kisə saxta seçki bülleteni müsadirə edilib, 3 nəfər isə saxlanılıb. Saxlanılanların PKK-nın siyasi qolu HDP-nin üzvləri olduğu bildirilir.

Seçkiləri Azərbaycan MSK-sının təmsilçiləri də müşahidə ediblər. “Report”un xəbərinə görə, MSK nümayəndələri seçkiləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) və Türk Şurasının beynəlxalq müşahidə missiyalarının tərkibində izləyiblər. Türkiyədəki seçkilərin müşahidəsinə MSK-nın ümumilikdə 4 təmsilçisi qatılıb.

“Hazırda Ankarada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xətti ilə seçkiləri izləyirik. Seçimlər çox yaxşı gedir. Bir neçə məntəqədə də olduq. Heç bir qanun pozuntusu yoxdur”. Bunu Modern.az-a açıqlamasında Türkiyədəki seçkiləri müşahidə edən deputat Musa Quliyev deyib. O bildirib ki, vətəndaşlar seçkilərə çox həvəslə gəlirlər. “İnsanlar  seçkilərə kütləvi şəkildə gəlirlər. Beynəlxalq müşahidəçilər də var. Hesab edirəm ki, seçkilər böyük uğurla baş tutacaq. Seçicilər arasında mübarizə gedir. Heç bir qanun pozuntusu halları yoxdur. Mərkəzi Seçki Komissiyasında iqtidar və müxalifət nümayəndələri ilə söhbət etmişik. Heç birində seçki pozuntusu ilə bağlı qeydiyyat yoxdur. Vətəndaşlarla da söhbət etdik. Seçkilərə həvəslə gəlirlər”.

türkiye 2018 seçimleri ile ilgili görsel sonucu

Seçkilərlə bağlı gün ərzində hər hansı məlumat vermək yasaq edilib. Bununla bağlı “Yeni Müsavat”a Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl bunları dedi: “Sadəcə, onu deyə bilərəm ki, seçkilərdə aktivlik kifayət qədər yüksəkdir. Məlumat verilməsi yasaq olduğu üçün bizlərdə də dolğun məlumat yoxdur. Bizim yaşadığımız yerdə aktivlik görürük. Bəzi dostlarımızdan gələn xəbərlədən çıxış edərək, bir sıra yerlərdə də aktivliyin olduğunu deyə bilərəm. Amma unutmaq olmaz ki, bunlar zatən aktiv olan bölgələrdir. Seçkilərin bu şəkildə olacağını zatən əvvəlcədən bilirdik. Hər hansı bir xəbərlərin, reportajların yayımlanması doğru deyil. Dediyim kimi, bunlar qanunla yasaqdır. Nəticələri bilməsək də, indiyə qədərki fikirlərimizin üzərində qalıram, ikinci tur ehtimalı kifayət qədər yüksəkdir”.

ərdoğan ile ilgili görsel sonucu

P.S: Qəzet çapa gedərkən səsvermənin ilkin nəticələri bəlli oldu: 29.3 sayılan bülletenlərin nəticələrinə əsasən Rəcəb Tayyib Ərdoğan – 57,1%, Məhərrəm İncə – 27,10%, Maral Akşənər – 7,6%, 4. Səlahəddin Dəmirdaş – 5,50%, Təməl Qaramollaoğlu – 0,94%, Perinçək – 0,18% səs toplayıb. Parlamentə seçkilər: “Cümhur İttifaqı” – 63,82 (AKP – 51,69, MHP – 12,16), CHP – 16,21, İYİ partiya 8,65, HDP 7.77.