bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahis

Zeynəb Xanlarova Özbəkistan televiziyasında

Özbəkistanın “Zor TV” kanalında xalq artisti Zeynəb Xanlarova haqqında veriliş yayımlanıb.

Proqramda Özbəkistanın mədəniyyət və incəsənət xadimləri, Zeynəb Xanlarovanı sevənlər, bu ölkənin xalq xrtisti, soydaşımız Nəsibə Abdullayeva, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azərbaycan qızları” rəqs ansamblının rəhbəri, Azərbaycanın əməkdar artisti Kövkəb Əliyeva və s. iştirak ediblər.

Verilişdə qeyd edilib ki, “Mehr gözdə” adlı proqramın müəllifi və aparıcısı Asror Abrorxocayev Bakıda olub və Zeynəb Xanlarova ilə görüşüb. Verilişdə müəllifin Zeynəb Xanlarova ilə görüşdə aldığı müsahibə yayımlanıb və böyük sənətkarın Daşkənddəki konsertlərini və unudulmaz mahnılarını əks etdirən kadrlar təqdim olunub.

Zeynəb Xanlarovanın 1980-ci, 1982-ci və 1998-ci illərdə Daşkənddə olduğu, paytaxtın ən böyük konsert salonunda konsertlərinin keçirildiyi qeyd olunub.

Azərbaycan şairi Dəmir Gədəbəylinin Zeynəb Xanlarova haqqında Bakıda lentə alınan fikirləri tamaşaçıların diqqətinə çatdırılıb.

Nəsibə Abdullayeva və Kövkəb Əliyeva Zeynəb Xanlarova ilə görüşlərindən danışıb, onun mahnılarını səsləndiriblər.

“Azərbaycan qızları” rəqs ansamblının üzvləri isə milli rəqslərimizi ifa ediblər.