İlham Əliyev: “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir”

“Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir”, Azərbaycan prezidenti İlham Əliyev deyib.

İyunun 6-da Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin açdığı iftar süfrəsinin qonağı olan prezident Ermənistandakı son hakimiyyət dəyişikliyinə toxunub.

İlham Əliyev deyib ki, o, “dünyanın ən ali kürsüsündən – BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa” edib. “Nəhayət, indi erməni xalqı anlayıb ki, onlara 20 il ərzində kriminal xunta rejimi rəhbərlik edib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir