bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbistrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobetgrandbettingtruvabetbahiscasinotarafbetbahiscommariobetbetistmarkajbetbetinematadornetcasibombelugabahisbetebet1xbetasyabahiscasinovalediscountcasinoelexbetfavoribahisbahiscombahiscombelugabahisbelugabahisbetistbetistceltabetceltabetklasbahisklasbahismariobetmariobetrestbetrestbettarafbettarafbettipobettipobetcasibomcasibomcasibomcasibomstarzbetsahnebetlimanbetredwinmatadorbetmatadorbetbetkombetkomvenüsbethilbetjasminbetpiabetartemisbetmaltcasinoasyabahisbetorspinbettiltmarkajbetbetkombelugabahisrestbetbetpercasibomcasibomcasibomcasibom7slotsbahigobahis1000bahisalbaymavibaywinbetexperbetkanyonbetkolikbetkombetlikebetmatikbetnisbetonredbetorspinbetparkbetperbetroadbetsatbettiltbetturkeybetvole

Yeganə güvənc yerimiz DÖVLƏTİMİZ, onun dayağı ORDUMUZDUR!

Son günlər Naxçivan Muxtar Respublikasi Şərur rayonu, Ermənistanla sərhəddə yerləşən Günnüt kəndi yaxınlığındakı “Qızıl qaya” yüksəkliyi ətrafında məlumatlar, informasiya məkanımızda geniş yer tutmaqdadır. 

Sözü gedən Günnüt kəndi ətrafındakı yüksəkliyin hələ 1992-ci ilin may ayında mənfur qonşularımız tərəfindən işğala məruz qalması, bu hücüm zamanı DİN əməkdası çavuş soydasımızın şəhid olması barədə məlumatları  mətbuat yazdı. Həmin vaxtan etibarən düşmən qüvvələri o yüksəklikdə yerləşdiyi üçün hərbçilərimiz bir qədər geriyə çəkilməli olmuş, kənd işə atəş zolağına düşdüyündən sakinlər oranı tərk etmək məcburiyyətində qalmışdılar.

Sözü gedən yüksəklik olduqca əlverişli və strateji bir məntəqədir. Son günlər Ermənistandakı siyasi dəyişikliklərdən sonra hakimiyyətə yaxın qüvvələr və mətbuat tərəfindən artiq Qarabaq məsələsinin Ermənistan üçün həll edildiyi, nöbədə Naxçivanın gündəmə gəldiyi çox geniş şəkildə vurğulanırdı. Təbii ki, bu bizim üçün yenilik deyil. Artiq neçə illərdir erməni tarixçiləri, politoloqları, siyasiləri bu yöndə təbliğat aparır və bu bölgənin tarixi Ermənistan torpağı olduğunu, Stalin tərəfindən zorla qoparilaraq, Azərbaycana verildiyini açıq bəyan edirdilər. Məhz düşmən tərəfindən ola biləcək hücum və təxribatlarının qarşısının alınması məqsədi ilə Azərbaycan prezidentinin Naxçivana son səfərindən sonra bu bölgəmizdə olan ordu xüsusi təyinatlılarımız parlaq əməliyyat keçirərək Naxçıvan ərazisinə aid olan bu yüksəkliyi işqadan azad etmiş, düşmən qüvvələrini buradan vurub cixarmislar. Düşmən tərəfi yenidən bu yüksəkliyi almaq üçün cəhd etsə də, layiqli cavab alıb geriyə çəkilmişdir. Hamımızın ürək ağrısı ilə yad etdiyimiz döyüşçü Tatarov qardasimizda məhz bu döyüşdə qəhrəmanlıqla həlak olmuşdur.

Bu baş verənlərin qısa xronogiyasıdır. Mən bu məlumat verilən kimi bəzi həmkarlarımızın guya bu xəbəri yaymaqla biz Moskvanı qıcıqlandıra bilərik, KTMT üzərimizə gələr, beynəxalq institutlar bizi qinayar və s. kimi narahatlıqları yaydiqları üçün, bu xüsusda qisa da olsa asağıdakları bildirmək istərdim.

Naxçıvan MR bir ərazi və dövlət qurumu kimi Rusiya və Türkiyə dövlətləri arasında əvvəlcə 1919-cu il Moskva, sonra isə daha təkmil, 1921-ci il Qars müqavilərləri ilə təsbit edilmişdir. O ayri bir respublika, Araz respublikası kimi müstəqilliyini elan etmiş, daha sonra Azərbaycanın tərkibinə qatılmışdır. Üç Zaqafqaziya Respublikasında sovetlər qalib gəldikdən sonra Moskvanın rəhbərliyi ilə bu ölkələr arasında sərhəd dəqiqləşməsi aparılıb. Hələ SSRİ yaranmadığı üçün həmin respublikalar müstəqil sovet respublikaları saylır, Zaqfederasiyada birləşməklə Moskva ilə qarşlıqlı əlaqə qururdular.

Hüquqi cəhətdən müstəqil olsalar da, partiya xətti və təbii digər vasitələrlə Moskvaya bağlı idilər, onun təsirindən çıxa bilməzdilər. Amma Zaqfedarisya parlamenti yox idi. SSRİ hələ 1922-ci ildə yaranacaqdı. Ona görə Türkiyənin səyi nəticəsində məlum Qars müqaviləsi Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan parlamentlərində təsdiq olundu. Yəni bu gün Naxçivan MR ərazisi bu ökələrin təsdiq etdiyi müqavilə ilə qorunur. Hərçənd guya ermənilər bu müqavilədən çıxdıqlarını bildirilər, amma bunu hüqüqu cəhətdən təsdiq etdikləri haqqinda məlumata malik deyiləm.

Onuda qeyd etmək istərdim ki, məlum 1994-cü il Bişkək protokolu, 2016-cı ildə iki ölkə MN-ri baş qərərgah rəisləri arasında bağlanan atəşkəs haqqindakı Moskava razılmasi yalnız Qarabağ və ətraf rayonlara aiddir. Beynəlxalq səviyyəli Dağlıq Qarabağ mövzusundakı danşıqlarda Naxçıvan ərazisi müzakirə predmeti deyil, olada bilməz!

1988-ci ildən bəri düşmən nəinki Qarabağ, digər sərhədayanı bölğələr, həmçinin Naxçıvanın Ermənistanla olan bütün sərhədlərində təxribatlar törətmiş, oradan torpaq qoparmağa səy göstərmişdir. Ilk işğala məruz qalan məntəqə isə, Şərurun Kərki kəndi olub. Ermənilərin indi Tiqranaşen adlandlrdiqları bu kənd hələdə işğaldadır. Bu faktları sadalamaqla ordumuzun apardığı bu əməliyyatların yalnız öz ərazimiz çərçivəsində olduğunu xatırlatmaq, heç bir KTMT və digər qurumun buna reaksiya verə bilmə haqqının olmamasını bildirməkdir. Hətta ermənilər belə Azərbaycanın öz ərazisində istehkam isləri apardığını, məlum yüksəklikdə möhkəmləndiyini etiraf edirlər. Amma onu da vurğulayırlar ki, bu yüksəklikdən Ermənistan ərazisindəki kommunikasiya xətləri təhlükəyə məruz qala bilər. MN-nin informasiya taktikasını nə qədər tənqid etsək də, düşüncəmə görə bu olayda onun verdiyi məlumat şəraitə uyqun idi. Blöğerlərimiz isə, həqiqətən çox böyük və gərəkli iş görüblər. Əgər onlar bunu etməsəydilər, ermənilərin verdiyi təxribat dolu məlumatları gündəmi zəbt edəcəkdi. Müasir İnformasiya müharibısi isə, tək hər seyi məxfilik qrifi altinda saxlamaq deyil. Ən azından əgər xəbər doğru olmasa, blöger bir fərd kimi məsuliyyət daşıya bilər. Amma düşmən tərəfi bizim susqunluğumuzdan istifadə edib özünə gərəkəni yaysa, bundan dövlətimiz ziyan çəkə bilərdi. 

Bir də onu qeyd edim ki, KTMT-yə o qədər də aludə olmayaq. O amorf bir qurumdur. Ən azından onun üzvləri olan Qazaxstan və Belarus bizə cox yaxın dost dövlətlərdir. Qırğızıstan müsəlman türk dövlətidir. Hər sey Moskvaya bağlı. Moskva isə məlum sazişdən çıxmayıb və çıxmaq fikri də yoxdur. Moskva bu müqavilənin ikinci tərəf dövləti olan Türkiyə ilə tarixdə olmayan qədər indi yaxındır, ona böyük ehtiyacı var. Bizim belə alınacaq yüksəklilərimiz yenə də var. Onlar haqqinda düşünməlyik. Özümüzü xoxanla, kim buna nə deyəcək deyə, cürbəcür amorf qurumlarla qorxutmamalıyıq. YEGANƏ GÜVƏNC YERİMİZ DÖVLƏTİMİZ, ONUN DAYAĞI OLAN ORDUMUZDUR!

Tərlan Eyvazov

hərbi ekspert

 

MediaZona.Az