Fazil Mustafa: “İTV kimi AzTV-nin də təmiz havaya ehtiyacı var”

Millət vəkili Fazil Mustafa İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) yeni baş direktorun seçilməsi və bu vaxta qədər orada baş vermiş hallara münasibət bildirib.

“İctimai Televiziyanın rəhbərliyi dəyişdi. İnsafən qeyd etmək lazımdır ki, bu televiziya İsmayıl Ömərovun vaxtında daha baxımlı və öz funksional fəaliyyətinə daha yaxın sayıla bilərdi. Onun naşı kadrla əvəz olunması və televiziyanın qeyri-rəsmi şəkildə Alışanovun (AzTV-nin hazırki baş direktoru – red.) vücudu ilə idarə olunması bu televiziyanın kadr və proqram keyfiyyətini xeyli aşağı salmışdır.

Ümid etmək olar ki, İctimai Televiziya bu rəhbərlik dəyişikliyindən sonra yenidən həm fərqli fikirlərin tribunasına çevriləcək, həm də daha maraqlı verilişlərlə cəmiyyətin rəğbətini qazanacaq. Əvvəllər təhsillə bağlı çox maraqlı verilişlər İmamzadanı elm məbədi kimi təqdim edən verilişlərlə əvəzləndiyindən burada xeyli hava təmizliyinə ehtiyac duyulacaq. Bu təmiz hava AzTV-yə də gedib çatsaydı, cəmiyyətin canı efir bayağılıqlardan qismən qurtarardı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir