Azərbaycan icmasının Orenburq vilayətindəki rəhbəri Ələddin Məmmədov vəfat etdi

Rusiya Federasiyasının Orenburq vilayətindəki Azərbaycan icmasının rəhbəri Ələddin Məmmədov bu gün 52 yaşında vəfat edib. Naxçıvan Muxtar Respublikasında doğulan Ələddin Məmmədov Moskva Bədən Tərbiyəsi və İdman İnstitutunda təhsil alıb. O, uzun illərdir Rusiyada yaşayıb və sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Ələddin Məmmədov Azərbaycan diasporunun fəallarından idi. Onun rəhbərlik etdiyi təşkilat – Orenburq Azərbaycanlıları Milli Konqresi Azərbaycan mədəniyyətinin, ənənələrinin təbliğinə,  xalqlar arasında dostluq münasibətlərinin gücləndirilməsinə töhfələrini verib.

Diasporla İş üzrə Dövlət Komitəsi  Ələddin Məmmədovun vaxtsız vəfatı ilə əlaqədar mərhumun ailəsinə  başsağlığı verir, yaxınlarına səbr diləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir