bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortvevobahisataşehir escortNine casinoDrift casinoataşehir escortMebbishttps://bs-sport.com/onwinjojobetmatbetholiganbetbetkomtrendyol indirim kodubim aktüelkayseri evden eve nakliyatdeneme bonusu veren sitelertipobetCasibombets10kredi hesaplamaa101 aktüelvevobahistipobetparbahisbetnisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.net

Qənirə Paşayeva:”Varlı təbəqə bir paltara 1000 manat pul verə bilir, amma gedib bir kitab ala bilmir”

Millət vəkili  Qənirə Paşayeva: “Alış-veriş mərkəzlərinə gedirik və orada ucuz şeylər olmur. Brend mağazalarda gördüyümüz adamlar qədər, kitab mağazasında insan görmürük. Kasıbın deyək ki, imkanı yetmir kitab almağa,axı biz  bir paltara 1000 manat verən varlı təbəqəni də kitab mağazasında görmürük. Mənim atamın çox zəngin kitabxanası var idi. Mən o mənzərə üçün darıxıram. Adamlar gəlirdi bizə deyirdi filan kitab lazımdı. Deyirdik ki,o kitabı filankəs aparıb,o filankəsdən sonra başqası istəyib.O bitirəndə sənə verəcəyik. Dövlətin dəstəyilə gənclərimizə kitab oxumaq vərdişini aşılamalıyıq.Hamımız oturub bunun çıxış yolunu axtarmalıq.Məsələn, mən bu təklifi irəli sürdüm, daha sonra Mədəniyyət və Turizm Nazirliyi Axundov adına Kitabxana ilə birgə bunu elədi. Axundov Kitabxanasının yanındakı bağda açıq kitabxana təşkil elədilər. O vaxtı məsələ qaldırmışdım ki, əgər vətəndaşlar kitabxanaya getmirsə, kitabı vətəndaşın ayağına aparaq. Dedim ki, gəlin parklarımızda dəmirdən hazırlanmış xüsusi kitab rəfləri qoyaq. Bu layihədə hətta vətəndaşdan da dəstək istəyirik “Mən oxudum,sən də oxu”adını qoyaq. İnsanlar öz kitablarını verib kömək etsə, böyük nailiyyət əldə edə bilərik. Bəhanə etmək asandı,  bu yöndə çalışmalıyıq. Mən bu layihəni “BakuBus” rəhbərliyinə də danışmışam ki,  avtobusların içində balaca bir yer ayırıb kitab qoyulsun. İnsanlar yol gedə-gedə ən azı jurnaldı, kitabdı, vərəqləyib baxsınlar.Bundan başqa kitab satış nöqtələrini artırmaq lazımdır. Məsələn, bölgələrimizdə kitab dükanları yoxdu.Təbii ki, bu ərzaq dükanı kimi pul gətirməyəcək, bu özü-özünü idarə eləsə belə böyük bir uğurdu.Bizim bu yöndə fədakar iş adamlarımızın artmasına ehtiyac var. Deyək ki, pul qazanır başqa yerdən, amma burdan qazanmasın. Onun qazancı cəmiyyətin savadlanması  olsun. Rayonlarımızda yazarlar, şairlər, bu sahənin insanları ilə görüşlər keçirilməli  və bu görüşlər çox olmalıdır. Mən  rayonda oxuyanda, yazarların,şairlərin çoxunu görmüşdüm.Bunun özü də kitab oxumağa təşviq edir. Heç nə eləməsək, oturub giley etsək ki, gənclər oxumur neyləyək, bu çıxış yolu deyil.