Fuad Muradov Türkiyədə səfərdədir
Diasporla İş üzrə Dövlət Komitəsinindən verilən məçumata görə, komitə sədri Fuad Muradov Türkiyə Respublikasında rəsmi səfərdədir.
MediaZona.az bildirir ki, səfər çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak, Türkiyə dövlət rəsmiləri, diaspor nümayəndələri, həmçinin azərbaycanlı tələbələrlə görüşlər nəzərdə tutulmuşdur.
Tədbir və görüşlər Türkiyənin Ankara, İstanbul, Əskişəhər, Antalya və Kütahya şəhərlərində baş tutacaq.
Komitə sədrinin səfəri mayın 26-da yekunlaşacaq.