Bərdədə 45 saylı seçki məntəqəsində seçicilərin aktivliyi müşahidə olunur

94 saylı Bərdə kənd seçki dairəsinin 45 saylı seçki məntəqəsində seçici aktivliyi müşahidə olunur. Seçki məntəqəsinin sədri Səyyarə Həsənova sechki-2018.az saytına açıqlamasında bildirib ki, səhər saat 08:00-da səsvermə prosesi qanunvericiliyə uyğun şəkildə başlayıb.

O deyib: “Məntəqə üzrə 1378 seçici qeydiyyatdadır. 8 nəfər seçki vəsiqəsini götürdüyü üçün 1370 seçicinin səs verəcəyi gözlənilir. Bizim məntəqəyə veb-kamera quraşdırılıb. Məntəqə üzrə 11 yerli müşahidəçi səsvermə prosesini izləyir. Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2 müşahidəçisi məntəqədə səsvermə prosesi ilə tanış olub”.

94 saylı Bərdə kənd seçki dairə komissiyasının üzvü Hakim Ələkbərov da sechki-2018.az saytına açıqlamasında dairə üzrə səsvermə prosesinin normal şəraitdə davam etdiyini bildirib.

O deyib: “Səhər saatlarından etibarən seçici aktivliyi müşahidə olunur. Bəzi məntəqələrdə aktivlik daha yüksəkdir. Misal üçün 45 saylı seçki məntəqəsində aktivlik digərlərinə nisbədən daha yüksəkdir. Seçicilərin növbəsi müşahidə olunur. Hər şey qanunvericiliyə uyğun və şəffaf şəkildə davam edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir