bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobet

Amerika şirkətləri Trampla işləməkdən imtina etdilər

ABŞ-ın bir neçə aparıcı hüquq şirkəti prezident Donald Trampla Rusiyanın mümkün əlaqələri haqqında iş üzrə dövlət başçısı ilə işləməkdən imtina edib.

Bu haqda CNN telekanalı bildirib.

Dövlət başçısının müdafiəsindən artıq beş şirkət imtina edib. Hüquqşünaslar bunun üçün bir neçə əsas səbəb göstəriblər. Xüsusi halda, Tramp kifayət qədər mürəkkəb müştəri hesab olunur. O, daha əvvəllər dəfələrlə öz vəkillərinin məsləhətlərinə etiraz edib. Həmçinin, ABŞ prezidenti kifayət qədər qeyri-populyardır və onun işinin aparılması şirkətin reputasiyasına zərər vura, daimi müştəriləri ondan uzaqlaşdıra və yeni müştərilərin cəlb edilməsini çətinləşdirə bilər.

Bundan başqa, şirkətlər mənafe konfliktində iştirak etmək istəmirlər.

Qeyd edək ki, ABŞ-ın xüsusi prokuroru Robert Müller hazırda Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsinin araşdırılması ilə məşğul olur. O, martda bildirib ki, Trampın komandasının Kremllə əlaqə kanalları yaratmaq cəhdləri üzrə sübutları toplaya bilib.

Fevralın 16-da isə Müllerin ofisi seçkilərə müdaxilədə iştirakda ittiham olunan rusiyalıların siyahısını dərc edib. Rusiya tərəfi isə Vaşinqtonun bütün ittihamlarını rədd edir.